Tomas Meyer: “Azərbaycan Konstitusiya Məhkəməsi daim inkişaf edir”
Tarix: 06.07.2018 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakı tədbirin önəmindən xəbər verir. Konstitusiya hər bir ölkənin fundamental qanunlarının əsasını təşkil edir. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasının 20 ili tamam olur. Bu, Azərbaycanın müstəqillik tarixində çox önəmli hadisədir. Azərbaycan Konstitusiya Məhkəməsi beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, daim inkişaf edir və yeniliklərə açıqdır.
Bu fikirləri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer deyib. Tomas Meyer bildirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycanda səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Artıq uzun müddətdir ki, təşkilatımız Azərbaycan ilə sıx, işgüzar əməkdaşlıq edir. On yeddi ildir ki, əməkdaşlıq etdiyimiz Azərbaycan Konstitusiya Məhkəməsi ilə birgə fəaliyyətimiz nəticəsində bir sıra layihələr həyata keçirmişik. İnanıram ki, bu gün dövlət orqanlarının, xarici ölkələrdən hakimlərin iştirakı ilə keçirilən bu konfrans əməkdaşlığın genişlənməsinə böyük töhfə verəcək.
Tomas Meyer bildirib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti hüquq sistemində, xüsusilə də insan hüquqlarının qorunmasında çox böyük əhəmiyyət daşıyır. O, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bütün kollektivini yubiley münasibətilə təbrik edib, bu konfransda iştirak etməkdən məmnun olduğunu söyləyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info