“Qobustan”ın yeni nömrəsində...
Tarix: 06.07.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Qobustan” sənət toplusunun yay nömrəsi işıq üzü görüb. Ənənəyə uyğun olaraq redaktorun “Qırx sətir” yazısı bu dəfə mərhum Xalq Artisti Fuad Poladova həsr olunub.
AZƏRTAC xəbər verir ki, toplunun “Sən-siz” rubrikasında Xalq Yazıçısı Anarın “Adil İskəndərov dramı”, Mehdi Məmmədov haqqında “Rejissor ləyaqəti”, Şəmsi Bədəlbəyli haqqında “Şux adamın qəmgin sonu” adlı üç essesi yer alıb.
Toplunun “Dil ağacı” bölməsində Cəlil Məmmədquluzadənin “Bizim obrazovannalar” və “Dil” felyetonları ilə yanaşı Narıngül Nadirin müsahibəsində “Dedim-dedi” başlığı altında Həyat Şəmi, Minəxanım Təkləli, Xalid Kazımlı, İntiqam Mehdizadə, Zakir Məmmədli Azərbaycan dilinin hazırkı inkişaf mərhələlərindən söz açılır.
“Yurd yeri” bölməsində Teyfə Hüseynova Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Toy elə toydur – dünən də, bu gün də…”, Firuzə Əsədzadə “Qardaş Türkməndə baxşı sənəti”, Camal Aydın “Paris məzarlığındakı “abidə” məqalələri yer alıb.
Sənət toplusunun “Beş yarpaq” rubrikasında İlham Nəzərovun “Koroğlu” operası haqqında “Opera dağının qoşa zirvəsi”, Aydın Dadaşovun “Mehman” ekrana necə gəldi?”, Ruslan Tağıyevin Habil Kaman və Ədalət Vəzirovdan bəhs edən “İki ustadın simindən bir “bayatı…”, Şirməmməd Nəzərlinin 70 illik yubileyinə həsr olunan “Foto və söz hörgüsü”, Ülkər Məmmədovanın “25 il – teatrda xeyli möhlətdir” yazıları verilib.
“Xatirə çiçəyi”ndə Esmira Nəzərli “Utanıram ölməyə” essesində Xalq Artisti Qara Tağızadədən, Ağalar İdrisoğlu “Qədri bilinməyən adam” oçerkində Şahmar Qəriblidən söz açıblar.
Oxucular bu dəfə “Pillələr” rubrikasında Sahibə Ələkbərovanın “Azərbaycan tarixi muzeyi – həm də bir məktəbdir”, İnarə İsmayılova “Mərziyə Davudova barədə bəzi sənədlər”, Qürbət Mirzəzadə “Ədəbi-tənqidi mühakimədə nəzəri başlanğıcın yeri” məqalələri, “Yazı-pozu” rubrikasında isə V.Ənvəroğlunun Meşa Selimoviçin eyniadlı romanı əsasında yazılmış “Dərviş və ölüm” pyesi ilə tanış ola biləcəklər.
Toplunun baş redaktoru Vaqif Əlixanlıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Sabahın hava proqnozu açıqlanıb
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info