Ali təhsilli şəxslər kollecə müsabiqədənkənar qəbul olunacaqlar
Tarix: 06.07.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda ali təhsilli şəxslər kollecə müsabiqədənkənar qəbul oluna biləcəklər. Bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib. Onun sözlərinə görə, Azərbaycanda hazırda ali təhsilli şəxs ikinci ali təhsil alması üçün müsabiqədənkənar, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kənar ali məktəbə qəbul oluna bilir: "Bakalavr təhsili almış bir şəxs kollecə qəbul olmaq istədikdə o, mütləq Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etməlidir. Bununla bağlı yeni təkliflər hazırlanarkən Dövlət İmtahan Mərkəzi də bizimlə razılaşdı ki, ali təhsilli şəxsin kollecə qəbul olması üçün müsabiqədə iştirakı vacib deyil. Qanuna edilən yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədənkənar qəbuluna imkan yaradır".
S.Kazımov deyib ki, hazırda hər hansı şəxs kolleci bitirdikdən sonra ali təhsil müəssisəsinə qəbul olmaq üçün müsabiqədən keçməlidir: "Qanunun yeni təsdiq olunmuş variantı orta ixtisas müəssisəsini bitirmiş şəxsə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verir. Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq olar və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info