6 yaşlı uşaqların 1-ci sinfə qəbulu ilə bağlı yeni qaydalar bu ildən tətbiq edilir
Tarix: 06.07.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Artıq bu ildən hansı ayda anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan təkliflər əsasında "Təhsil haqqında" qanuna çox əhəmiyyətli dəyişikliklər edilib: "Bu dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Dəyişikliklərdəki müddəalardan biri hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbul edilməsi ilə bağlıdır. Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə 1-ci sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu, baş verəcək".
F.Qədirov deyib ki, indiyədək 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən proseslərin həyata keçirilməsinə tələbat duyulurdusa, bu ildən isə 6 yaşı təqvim ili ərzində tamam olan uşaqların 1-ci sinfə qəbulu valideynin ərizəsi və istəyi əsasında aparılacaq. Onun sözlərinə görə, 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu ilə bağlı yeni qaydalar artıq bu ildən tətbiq edilir.
F.Qədirov əlavə edib ki, "Təhsil haqqında” qanunun yeni variantına görə, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar: "Dünya fənn olimpiadalarının qaliblərini çox zaman xarici ölkələrin ali məktəbləri şərtsiz qəbul edirdilər. Bu dəyişikliklə dünya fənn olimpiada qalibləri Azərbaycanın ali məktəblərində ali təhsil ala biləcəklər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info