SOCAR: “Rusiya qazı Cənub Qaz Dəhlizi üçün mənbələrdən biri ola bilər”
Tarix: 06.07.2018 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Gələcəkdə Rusiya qazı Cənub Qaz Dəhlizi (CQD) boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər. Bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib. “Biz dəfələrlə bu barədə söz açmışıq, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən Cənub Qaz Dəhlizinə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, - V.Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü “qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır”. V. Bəylərbəyov həmçinin məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində “Şahdəniz” yatağından əlavə Azərbaycanın özünün imkanlarına baxılır: “Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək”.
O həmçinin bildirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. “Layihə maliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərilərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info