“Aravot”: “Həbs olunanların bəzilərinin azad edilməsi müəmmalıdır”
Tarix: 06.07.2018 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Ermənilər həbslərin şou xarakteri daşıdığını bildirirlər

Son günlər Ermənistanda «korrupsiya ilə mübarizə» adı altında həyata keçirilən həbslər, bəzi ermənilər arasında artıq yeni hakimiyyətin şousu kimi dəyərləndirilməkdədir.
Maraqlıdır ki, Milli Təhlükəsizlik Xidmətinin ötən gün sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onun övləadları – Ayk və Narek Sarksiyanın həbsi ilə bağlı yaydığı məlumatı da bəziləri bu qəbildən olan şou kimi qəbul edirlər. Onlar təkcə Aleksandr Sarkisyanın deyil, hətta onun övladlarının da yeni hakimiyyətdəki rəsmilərlə hələ də əlaqəli olduqlarını bildirirlər. Nümunə üçün Narek Sarksiyanın hələ də Ermənistanın vitse-prezidentinin müşaviri Georgi Muradyanla iş birliyi qurduğunu söyləyirlər. Maraqlıdır ki, Georgi Muradyanın özü isə bir müddət əvvəl sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanla bütün əlaqədərini kəsdiyini bildirir. Narek Sarkisyanın artıq erməni KİV-lərində dərc edilən «Facebook» paylaşmaları bunun əksini deyir. Belə ki, paylaşmalar hələ 2013 –cü ildən başlayaraq Narek Sarkisyanla, həmin ərəfədə Ermənistanın Odessa şəhərində baş konsulu vəzifəsini daşıyan Georgi Muradyanın yaxın əlaqələrdə olduğunu sübut edir. Xatırladaq ki, sonradan Muradyan sabiq baş nazir Ovik Abramyanın köməkçisi oldu. Daha sonra, may ayında isə Muradyan baş nazirin müavini Tiqran Avinyanın məsləhətçisi təyin edildi.
«Sputnikarmenia» saytının əməkdaşının Muradyana ünvandladığı «Narek Sarkisyanla münasibətlərin qorunub saxlanıldığı təqdirdə, bu münasibətlər cinayət işi çərçivəsində istintaqın gedişinə təsir edə bilərmi» sualına Muradyanın cavabı belə olub: «Mənim Narek Sarkisyanla olan münasibətlərim ancaq 2013-cü ili əhatə edir. Bizim sırf dostluq münasibətlərimiz mövcud idi. Amma sonra mən başa düşdüm ki, Narek özünü təqdim etdiyi kimi deyil. Bundan sonra mən onunla münasibətlərimə son verdim».
Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın evində apardığı axtarışların detallarını açıqlayıb. Bura çoxlu sayda silah, qızıl- zərgərlik əşyaları, böyük miqdarda pul, narkotik, bahalı avtomobillər, Martiros Saryanın mirasçılarından oğurlanmış nadir rəsm əsərləri və s. daxildir. Saytın fikrincə, bu, sabiq erməni prezidentinin qardaşının inanılmaz macəralarının yalnız bir hissəsidir.
Maraqlıdır ki, «Aravot» nəşri «bütün məlum cinayətləriə baxmayaraq, Aleksandr Sarkisyanın yenidən sərbəst buraxılması» barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, son 10 gün ərzində bu Aleksandr Sarkisyanla əlaqəli ikinci rezonanslı hadisədir. İlk olaraq, o, böyük səs-küylə saxlanılır və sonra da azad edilir: «Birinci halda, yerli polis tərəfindən həbs edilən Saşikin üzərindəki silahın qanuni olduğu bildirilir». Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən Aleksandr Sarkisyanın həbsi ilə yekunlaşan ikinci əməliyyatdan sonra sabiq prezidentin qardaşının yenidən azad olunmasını erməni nəşri özü üçün müəmma kimi dəyərləndirir. «Hakimiyyətin məqsədi həbsxananı insanlarla doldurmaq deyil, dövlətə verilmiş zərərin bərpa olunmasıdır». Maraqlıdır ki, bu fikirləri baş nazir Nikol Paşinyan Syunikə səfəri zamanı bildirib. O da maraqlıdır ki, görən Saşik Sarkisyanla bağlı dünənki əməliyyat Baş nazirin söylədiyi məntiqə uyğun gəlirmi? Ölkənin həm Milli Təhlükəsizlik Xidməti, həm də polisinin istənilən səs-küylü işi müəyyən ictimai gözləntilərə səbəb olur. Təsadüfi deyil ki, Aleksandr Sarkisyanın iki dəfə həbs edildikdən sonra yenidən sərbəst buraxılması İrəvanda müəyyən şayiələrə də yol açmaqdadır. Artıq ölkə əhalisinin bir qismində Serj Sarkisyan və onun qohumlarının toxunulmazlıqları, yeni hakimiyyət orqanlarında onların hələ də müdafiəçilərinin olduğu inamı yaranıb. Belə söz-söhbətlərin yayılmasının qarşısının alınması üçün yeganə əsas hüquq-mühafizə orqanlarının davranışlarının müəyyənləşdirilməsidır. Korrupsiyaya və cinayətə qarşı mübarizə davam etməli, amma çox vacib səs-küylə həyata keçirilməməlidir». Deməli, Paşinyanı qorxudan da budur.
Ağasəf Babayev










 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info