“Azərbaycanla ticarət dövriyyəmizin həcmi 4 milyard dollara yaxındır”
Tarix: 14.06.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“İsrailin Qafqaz ölkələri ilə əlaqələri çox yaxşıdır və bu əlaqələrin gələcək inkişafı üçün potensial var”. “İzrus”un xəbərinə görə, bu fikirləri Rusiyada səfərdə olan İsrail xarici işlər nazirinin müavini Zeev Elkin bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda vaxtaşırı mövcud olan daxili problemlərə rəğmən, İsrail öz xarici siyasətində Qafqaz istiqamətini prioritet sayır: “İsrail Cənubi Qafqazın hər üç ölkəsi ilə məhsuldar dialoq aparır. Xüsusilə, Azərbaycanla yaxın münasibətlərimiz yaranıb. Azərbaycanla ticarət dövriyyəmizin həcmi 4 milyard dollara yaxındır. Təəccüblü olsa da, bu, İsrailin Rusiya ilə ticarət dövriyyəsinin həcmindən də çoxdur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri İsrailə tarixi səfər edib. İkitərəfli əlaqələrin bir çox sahələri üzrə müzakirələr aparılıb”. Z. Elkin eyni zamanda Qafqaz ölkələri ilə viza rejiminin sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, söhbət terrorizmlə mübarizə və təhlükəsizlik məsələləri ilə bağlı təmasların və məsləhətləşmələrin intensivləşdirilməsi üçün bu ölkələrlə viza rejiminin sadələşdirilməsindən gedir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info