SOCAR: “Rusiya qazı Cənub Qaz Dəhlizi üçün mənbələrdən biri ola bilər”
Tarix: 07.07.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Gələcəkdə Rusiya qazı Cənub Qaz Dəhlizi (CQD) boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər. Bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib. “Biz dəfələrlə bu barədə söz açmışıq, Cənub Qaz Dəhlizi sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən Cənub Qaz Dəhlizinə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dənizi regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, - V.Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü “qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır”. V. Bəylərbəyov, həmçinin məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində “Şahdəniz” yatağından əlavə, Azərbaycanın özünün imkanlarına baxılır: “Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək”.
O, həmçinin bildirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. “Layihə maliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərilərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info