“Gürcüstan iqtisadiyyatının inkişafı zəifləyib”
Tarix: 15.06.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondunun məlumatına görə, üçillik sürətli iqtisadi artımdan sonra Gürcüstan iqtisadiyyatının inkişafı zəifləyib. Fondun Gürcüstandakı vəziyyətlə bağlı 10 iyun 2013-cü il məruzəsində deyilir ki, bu zəifləməyə səbəb siyasi hakimiyyət dəyişikliyi ilə əlaqədardır.
Təşkilatın məlumatlarına görə, gürcü iqtisadiyyatının artım tempi 2010, 2011 və 2012-ci ilin birinci rübündə orta hesabla 7% təşkil edirdisə, 2012-ci ilin üçüncü rübündən (yəni 1 oktyabr 2012-ci il parlament seçkilərindən sonra) başlayaraq zəifləyib. Məruzədə, həmçinin qeyd olunur ki, inflyasiyanın kəskin düşməsi-2011-ci ilin mayında 15%-dən 2013-cü ilin aprelinə kimi 1,7%-ədək-hökumətin larinin kursunun möhkəmləndirilməsi, ərzaq və elektrik enerjisi qiymətlərinin azaldılması tədbirləri ilə əlaqədardır.
“Ötən ilin seçkilərinə qədər başlanmış iqtisadi artım tempinin düşməsi iqtisadi siyasətdə siyasi qeyri-müəyyənliyi və maneələri göstərir”-deyə BVF təsdiqləyir və vurğulayır ki, investorlar hələ 1 oktyabr 2012-ci il seçkilərinə qədər Gürcüstanla əlaqələrdə ehtiyatlılıq göstərməyə başladılar və bu ehtiyatlılıq seçkilərdən sonra xüsusilə gücləndi. Fondun ekspertləri iqtisadi zəifləməni büdcə vasitələrinin xərci, yüksək faiz dərəcələri və siyasi gərginliklə izah edirlər.
BVF eyni zamanda hesab edir ki, əgər Gürcüstan stabil siyasi vəziyyəti qoruyub saxlaya bilərsə, qeyri-müəyyənlik azalacaq və biznesə dəstək məqsədilə iqtisadi siyasət aparılacaq və cari ilin ikinci yarısından başlayaraq sürətli artım olacaq. Belə olan halda, hökumət 2013-cü ildə ümumdaxili məhsulun 4% artımına, 2014 və növbəti illərdə isə 6% artımına nail ola bilər. İlin sonuna kimi inflyasiya 1,5% artaraq 2014-cü ildə 5% təşkil edə bilər. Fondun ekspertlərinin fikrincə, bu proqnozda artma riski qədər azalma riski də var. Artım Rusiya bazarının açılışı və yeni investisiyalar axını şəraitində, azalma isə tərəfdaş ölkələrdə iqtisadiyyatın inkişafının ləngiməsi və iqtisadi siyasətdə maneələr olan halda baş verə bilər.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info