«ArmenianReport»: “Rusiya hərbçiləri Ermənistanda bizi yox, öz maraqlarını qoruyurlar”
Tarix: 07.07.2018 | Saat: 23:38:00 | E-mail | Çapa göndər





“Rusiya hərbçiləri Ermənistanda bizi yox, ölkəmizin milli maraqlarına zidd olan öz maraqlarını müdafiə edirlər”. Deyəsən, ermənilər bunu elə bu günlərdə anlayıblar. Sən demə, hələ 1992-ci ilin avqustunda İrəvan və Moskva arasında imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ermənistanın hüquqi vəziyyəti haqqında, 1995-ci ilin martında isə Rusiya Respublikasının hərbi bazası haqqında imzalanmış müqaviləдə erməni yanlışlığı imiş. Ermənilərin təəbirincə, rusların bu bicliyi, hər şeydən əvvəl “Böyük Ermənistran”ın NATO və Qərbə qapılarının baglanmasına hesablanıbmış.

Ermənstanda 2015-ci ilin yanvarında rus əsgəri Permyakovun Gümrüdə həyata keçirdiyi qırğını xatırladan «ArmenianReport» saytı “ölkədə hakimiyyət dəyişikliyiтdən sonra müzakirələrə yeni bir təkan verəcək sualla çıxış edir: Ermənistana rus qoşunları nə üçün lazımdır? Onlar Ermənistanı kim və ya kimlərdən qoruyur?
Onların Ermənistan ərazisində saxlanılması nə qədər vəsait tələb edir?. Təbii ki, bütün bu sualların cavabını erməni olaraq bilirik. Çünkı, bu qoşunların Ermənistanda saxlanılmasının bizdən artıq Rusiyanın ehtiyacı var: ruslar Ermənistanda saxladıqları hərbçilər sayəsində bölgədəki hərbi və siyasi varlığını qorumağa çalışırlar. Beləliklə, Rusiya hərbçiləri onlara sığınan bizi qoruymur, Ermənistanın milli maraqlarına zidd olan öz maraqlarını qoruyurlar”.
Saytın yazdığına görə, Rusiya ordusunun Ermənistanda saxlanmasının nə qədər bahalı olduğu sualına cavab olaraq Gümrü şəhərinin meri Samvel Balasanyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopıkinlə görüşündə lakonok olaraq: “Gümrü sakinlərinin son dərəcə həyəcanlı” vəziyyətinə nəzər salmağı məsləhət görüb. Bununla yanaşı, ermənistanlı şəhər meri rus əsgərlərinin Gümrüdəki “özbaşnalıqları” ilə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyguya göndərdiyi məktubu da səfirə xatırladıb: “"Ağır texnikalarınız, tanklarınız yollarımızı bərbad hala salıb. Ona görə də, yollarımızın bərpa edilməsinə yardım edin, çünki yollar şəhər üçün çox vacibdir” . Xatırladaq ki, bunları Gümrü şəhərinin meri Samvel Balasanyan rus səfiri Kopıkinlə görüşü zamanı bildirib.
Maraqlı, bəlkə də önəm kəsb edən məsələ kimi, rus səfirinin Balasanyana verdiyi cavabdır. Rus səfiri Kopıkin deyir: “Bu gün Yaponiya KXDR və ya Çindən gələn təcavüzü nəzərə alaraq, ABŞ-ın bu ölkədəki varlığı yerli sakinlər tərəfindən o qədər də mənfi qarşılanmır”.
Qeyd edək ki, ermənilərin dediklərinə görə, amerikalılardan fərqli olaraq, ruslar yerli ermənilərlə sərt davranırlar: “Onlar Ermənistanda cəzasız qalacağını bilərək qanlı cinayətlər törədirlər, Ermənistanın qanunlarına riayət etmirlər, yerli əhaliyə hörmətlə yanaşmırlar, onları alçaldırlar və hətta yerlərdəki infrastrukturun aradan qaldırılmasını istəyirlər”. Saytı n yazdığına görə, Gümrü yollarının təmiri ilə baglı ruslara ünvanlanmış müraciət isə hələ də cavabsız olaraq qalıb.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info