“Azərbaycana bu cür addımlarla təzyiq göstərmək mümkün deyil”
Tarix: 15.06.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Novruz Məmmədov: “Avropa Parlamenti ədalətlidirsə, Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə dinc insanın hüquqlarını müdafiə edən sənədlər qəbul etsin”

Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib. Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Avropa Parlamentində qəbul edilən qətnamə bu qurumda bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir.
O qeyd edib ki, Azərbaycan dövləti bu kimi addımları qəbulolunmaz hesab edir: “Xırda məsələləri şişirdib dünyaya yaymaq üçün çalışmalar aparırlar. Məqsəd Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməkdir”. N.Məmmədovun sözlərinə görə, əslində belə mövqe Azərbaycanın bu ölkələrlə əməkdaşlığına yardım etmir: “Belə bir addımın özü demokratik prinsiplərə tamamilə ziddir. Çünki 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfər şəxsi maraqlar müstəvisindən çıxış edərək bu cür layihə irəli sürüblər. Müzakirələr zamanı isə 10-15 nəfərin səs verdiyi qətnamənin Avropa Parlamentinin sənədi kimi qəbul olunması tam mənada demokratik prinsiplərə ziddir. Biz də o deputatlara deyirik ki, siz kimsiniz ki, Azərbaycana göstəriş verəsiniz, bizimlə amiranə tonla danışasınız? Biz belə addımları heç vaxt qəbul edə bilmərik. Bu, Azərbaycanla Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələri ilə yüksək səviyyəli əməkdaşlığa xələl gətirir, mane olur. Azərbaycan artıq elə dövlətdir ki, onunla yuxarıdan aşağıya baxaraq danışmağa ehtiyac yoxdur. Bizə ikinci Kreml lazım deyil. Əgər Avropa Parlamenti ədalətlidirsə, Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə dinc insanın hüquqlarını müdafiə edən sənədlər qəbul etsin. Təəssüf ki, biz bunu görmürük. Bunun əvəzində isə İlqar Məmmədov haqqında sənəd qəbul edirlər. Biz bilirik ki, İlqar Məmmədov həmin dairələrin kadrıdır, ona görə də, belə bir addım atıblar. Amma Azərbaycana bu cür addımlarla təzyiq göstərmək mümkün deyil”. Qeyd edək ki, Xarici İşlər Nazirliyi də qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir: “Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib. Amma artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info