Marş : İrəli” layihəsi başa çatıb “
Tarix: 09.07.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər



MirHəsən Seyidov: “Hər birimiz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı azad edəcəyik”

“İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirilən “Marş : İrəli” layihəsi başa çatıb.
Ağdam rayonunda keçirilən layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postlara ziyarət edərək vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.
“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: “Məlumdur ki, çox şərəfli peşənin sahibləri olan siz, vətənimizin keşiyində dayanmadan, gecə-gündüz növbədəsiniz. Düşmənlə burun-buruna ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış ayı, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü gündən sürətlə inkişafda olan Azərbaycanın bu cür şəxsi heyətinin olması məni bir Vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. Təbii ki, Azərbaycanın ən son standartlara cavab verən texnikası var və bu günlərdə bir daha şahidi olub əmin oldum ki, o texnikanı idarə edən əsgər və komandirləri də var. İnanıram çox yaxın zamanda biz bu kimi təlimləri Cıdır Düzündə təşkil edəcəyik. 3 rəngli, şanlı bayrağımız Şuşamızda, Laçınımızda və digər işğal altında olan olan torpaqlarımızda dalğalanacaq. Axıdılan qan yerdə qalmayacaq, minlərlə şəhidimizin qisası tez bir zamanda alınacaq. Bilirəm ki, hər birimiz Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ile biz torpaqlarımızı azad edəcəyik. Ümid edirəm ki, biz də təşkilat olaraq öz payımıza düşən öhdəliyi layiqincə yerinə yetirib gənclərin güclü vətənpərvərlik ruhu ilə yetişməsinə nail ola bildik”.
6 gün davam edən layihə çərçivəsində Hərbi And səsləndirilib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və “İrəli” İB işçi heyəti, layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət ediblər. Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa gedərək şəhidlərin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq məqsədi ilə həyata keçirilən layihədə qeyd edilən bacarıqlara sahib olublar. Gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlıqla tanış olublar
“MARŞ İRƏLİ” - ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.
“Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info