Nazir ictimai birliklərin rəhbərləri ilə görüşüb
Tarix: 09.07.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Qarabağ müharibəsi əlillləri, Veteranları və Şəhid ailələri”, “Qarabağ Qaziləri”, “Çernobıl Əlilləri İttifaqı”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”, “Azərbaycan Əfqanıstan Veteranları”, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək”, “Qarabağ Əlilləri və Veteranları”, “Şəhid ailələrinə Dəstək” İctimai Birliklərinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və “20 Yanvar” Cəmiyyətinin rəhbərləri ilə görüşüb.
Nazir sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindən olduğunu vurğulayıb. O bildirib ki. həmin insanların müvafiq sosial təminat növləri – pensiya, müavinət, Prezident təqaüdü ilə təminatı işləri aparılır, bu ödənişlərin mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla əlil və şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Eyni zamanda, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır.
Əlilliyi olan insanlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsi və səmərəli təşkili üçün aparılan işləri diqqətə çatdıran S.Babayev qeyd edib ki, müharibə əlillərinin və veteranlarının, şəhid ailələrinin, digər həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında onların aktiv əmək bazarı proqramları, xüsusilə özünüməşğulluq proqramı vasitəsilə dəstəklənməsi də diqqətdə saxlanılır. Özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artdığı kimi, həmin təbəqələrdən olanların bu proqramda iştirak səviyyəsi də əhəmiyyətli şəkildə artır.
Nazir sosial təminat və əlilliyin qiymətləndirilməsi sahələrində tam şəffaflığa, sosial ədalət prinsipinə və bu sahələr üzrə xidmətlərdə vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar, müəyyən olunan hədəflər barədə məlumat verilib. S.Babayev əliliyi olanlarla, şəhid ailələri və veteranlarla əlaqədar sosial müdafiə tədbirlərinin təşkilində, bu tədbirlərdə şəffaflığın təmin olunmasında görüşdə iştirak edən ictimai qurumlarla əməkdaşlığa, onların rəy və təkliflərinə xüsusi önəm veriləcəyini vurğulayıb.
Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərləri sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərdən, sosial proqramlardan danışıblar. Sosial sifarişlər üzrə icra olunan layihələrlə bağlı ictimai qurumların rəhbərləri rəy və təkliflərini ifadə ediblər. Səslənən rəy və təkliflərlə əlaqədar müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info