Kriminal müxalifət
Tarix: 10.07.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Terroristi dəstəkləmək törədilən cinayətdən daha təhlükəli fəsadlar verə bilər

Son bir ildə Azərbaycan müxalifəti, eləcə də xaricdə fəaliyyət göstərən bəzi qruplar-söyüşcül dəstə, mühacirlərin bir qismi cəmiyyətin nizamını pozmağa hesablanan addımlar atmağa başlayıblar, ictimai fikrə mənfi yöndə təsir edən fəaliyyətlər, aksiyalar, layihələr həyata keçiriblər. Bu qüvvələr əvvəllər yalnız hakimiyyət, dövlət əleyhinə çıxdıqlarını göstərən addımlar atsalar da, son zamanlar daha da aqressivləşərək ayrı-ayrı şəxsləri-sadə vətəndaşları hədəf alan çağırışlar da edirlər. Amma bütün bunlar destruktiv qüvvələrin fəaliyyətinin nisbətən “normal” tərəfidir. Məsələ burasındadır ki, müxalif qüvvələr hakimiyyətə gəlmək, cəmiyyətin nizamını pozaraq öz niyyətlərini həyata keçirmək üçün ən qatı cinayətlərə, terrora belə, haqq qazandıra, hətta dəstək ola biləcəklərini göstərdilər. Buna misal olaraq Gəncədə Yunis Səfərov adlı şəxsin törətdiyi cinayət hadisəsinə müxalifətin reaksiyanı göstərmək olar. Belə ki, uzun illər gəncləri müxtəlif vədlərlə dövlət əleyhinə qanunsuz aksiyalar keçirməyə sövq edən, ölkədə milli və din zəmində nifaq salmağa cəhdlər göstərən bu qüvvələr kriminal düşüncəli “kriminal müxalifət” olduqlarını son olaya münasibətdə bir daha ortaya qoydular. Müxalifət məlum cinayət hadisəsini nəinki mənfi yöndən təbliğ etdi, cinayət və terror hadisəsini törədənləri qəhrəmanlaşdırmaq üçün fürsət axtardıqlarını da sübut etdi. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifətdə olanların dünyagörüşü həm aşağı səviyyədədir, həm də ölkədə qarışıqlıq yaratmaq üçün startda duran bu adamlar üçün millət, xalq, dövlətçilik, əqidə anlayışı heçdir! Belə olmasaydı, xaricdəki ağalarının tapşırıqlarına uyğun davranmazdılar, şiddəti, terroru, kriminal hadisələri törədənləri cəmiyyətə qəhrəman kimi təqdim etməzdilər. Yeri gəlmişkən, bir xatırlatmanı da edək ki, hələ məşhur “Nardaran hadisələri” baş verəndə bu olaylara reaksiya verən müxalif qüvvələr - Əli Kərimli və b. kimi siyasətçilər polisə atəş açan radikal dindarların əməllərinə haqq qazandırırdılar. Daim Qərbdən gələn islamafob ideyaları, təbliğatları ortaya atan cəbhəçilər, Qərbə bağlı müxalifət birdən-birə “dindarlara” vəkillik etməyə başladılar. Hətta həmin dövrdə sosial şəbəkələrdə əlinə silah, daş-kəsək alıb hökumətə qarşı çıxan radikallara qoşulmağa hazır olduğunu bəyan edən müxalifətçilər də var idi. Hətta AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı bu olaylarla bağlı həbs də olundu. Yəni Nardaran hadisələrindən sonra Fuad Qəhrəmanlı daha aktiv şəkildə sosial şəbəkələrdə geniş təbliğat aparırdı, çağırış edirdi ki, insanlar dövlətə qarşı silah işlətsinlər.
Həqiqətən də, belə situasiyalarda fürsətçil davranan, ümumilikdə düşüncə tərzi kriminal, terror, xaos yaradan əməllərə dəstək verməkdən ibarət olan siyasətçilərin özləri o cinayətkarlardan daha təhlükəlidirlər. Cinayətkar bir hadisə törədir, cəzasını çəkir, belə siyasətçilərin isə əllərində imkan, səlahiyyət olması minlər, bəlkə də, milyonların faciələrə düçar olması deməkdir. Təsəvvür edin ki, Yunisləri, Tale Bağırovları qəhrəmanlaşdıranlar hakimiyyətə gəlsələr, görün, hansı proseslər cərəyan edər, ölkədə nələr olar...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi
15.07.2019
Bəhruz Həsənov: FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info