Suriyanın taleyi Moskvada həll olunur: Netenyahu Putinin yanına hansı təkliflərlə gedir
Tarix: 10.07.2018 | Saat: 02:13:00 | E-mail | Çapa göndər


İsrailin baş naziri Binyamin Netenyahu sabah Kremldə ölkəsinin Suriyaya dair istəklərini elan edəcək

İsrail baş naziri Binyamin Netenyahu sabah Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə İsrailin İran qüvvələrinin Suriyada möhkəmlənməsinə səbirlə yanaşmayacağını bildirəcək. TASS agentliyinin məlumatına görə, Netenyahunun bu mövqeyini əks etdirən məlumatı İsrail Nazirlər Kabinetinin dəftərxanası yayıb. Netenyahu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında deyib ki, gələn həftə V. Putinlə görüşmək üçün Moskvaya səfər edəcək: "Mən bu görüşdə İsrailin iki əsas prinsipini açıqlayacam. Birinci, biz İran və onun əlaltılarının Suriyanın istənilən rayonunda hərbi baxımdan möhkəmlənməsinə dözməyəcəyik. İkincisi, biz Suriyadan və Suriya ordusundan tələb edirik ki, 1974-cü ildə iki ölkənin silahlı qüvvələrini ayıran xətlə bağlı razılaşmaya əməl etsin". Maraqlıdır ki, Netenyahunun Moskva səfəri ərəfəsində Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailə məxsus hərbi təyyarəni vurub. Bu barədə Suriyanın rəsmi SANA agentliyi xəbər verib. Məlumata əsasən, İsrailin Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Homs əyalətində yerləşən “Tifor” aviabazasına hücum edib. “Hava hücumundan müdafiə sistemlərimiz İsrailin hücumunu dəf edib, bir neçə raket vurulub. Hücumda iştirak edən təyyarələrdən biri vurulub, digərləri ölkəmizin hava məkanını tərk etməyə məcbur olub” - məlumatda deyilir. TASS agentliyinin məlumatına görə, İsrail müdafiə ordusunun mətbuat xidməti xəbəri şərh etməkdən imtina edib. Rusiyalı ekspert Andrey Suzdalçev “RİA Novosti”yə açıqlamasında bildirib ki, Dəməşqin ətrafında olan döyüşçülərin Suriya ordusu tərəfindən sıxışdırılaraq çıxarılması İsrailin xoşuna gəlmir. Çünki həmin boşluqlar İran qüvvələri ilə doldurulur: “Bu məsələ İsrailin əsəbləri ilə oynayır. Konkret olaraq hansısa İran bazasını tapmaq çətindir. İran xüsusi dəstələr və məsləhətçilər formasında Suriyada mövcuddur. Elə vəziyyət yaranıb ki, İsrail hesab edir ki, İran dəstəkli Suriya ordusundansa, müxalif döyüşçülər onlar üçün daha sərfəlidir. İndi əsas məqsədlərdən biri bu məsələnin İsraillə Suriya arasında genişmiqyaslı toqquşmaya çevrilməsinin qarşısını almaqdır”. Ötən ayın sonunda da Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da bildirmişdi ki, İsraillə Suriya arasında qarşılıqlı raket zərbələri, İsrail aviasiyasının Suriya ərazisini bombalaması kimi faktlar regionda vəziyyəti yenidən nəzarətdən çıxararaq yeni situasiya yarada bilər. İsrailin daha bir narahatlığı Bəşər Əsədin tərəfində vuruşan “Hizbullah” qüvvələrinin əlinə müasir silahların keçməsi ehtimalıdır. Suriya ərazisində İran bazalarının ola biləcəyi məkanların vurulmasının arxasında dayanan səbəblərdən biri də budur. Bəzi ekspertlər neft-qazla bağlı layihələrin reallaşmasının regiondakı proseslərə ciddi dərəcədə təsir etdiyini düşünür. Diqqətli ekspertlər Netenyahunun Moskva səfəri və Suriyadakı son vəziyyət fonunda İsrail təbii qazının İordaniyaya ixracı ilə bağlı açıqlamanın verilməsini təsadüfi hesab etmir. Məlumat üçün qeyd edək ki, İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək. 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki “Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır. İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək. Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə “Noble Energy” qaz tədarükünə başlayacaq. İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın “NEPCO” dövlət enerji şirkəti və “Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info