Prezident Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini təqdim edib
Tarix: 10.07.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər



Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Beştəpədəki Prezident Administrasiyasında Türkiyənin yeni hökumətinin tərkibini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı nazirlər kabinetinin yeni üzvlərini keçirdiyi mətbuat konfransında təqdim edib. Türkiyənin növbəti hökumətində Fuat Oktay prezidentin müavini, Abdulhamit Gül ədliyyə naziri, Zehra Zümrüt Selçuk əmək, sosial xidmətlər və ailə naziri, Murat Kurum ətraf mühit və şəhərsalma naziri, Mevlüt Çavuşoğlu xarici işlər naziri, Fatih Dönmez enerji və təbii sərvətlər naziri, Mehmet Kasapoğlu gənclər və idman naziri, Berat Albayrak xəzinə və maliyyə naziri, Süleyman Soylu daxili işlər naziri, Mehmet Ersoy mədəniyyət və turizm naziri, Ziya Selçuk milli təhsil naziri, Hulusi Akar milli müdafiə naziri, Fahrettin Koca səhiyyə naziri, Mustafa Varank sənaye və texnologiyalar naziri, Bekir Pakdemirli kənd təsərrüfatı və meşə naziri, Ruhsar Pekcan ticarət naziri, Cahit Turan isə nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunub.
Göründüyü kimi, Türkiyədə yeni idarəetmə sisteminə keçid əsasından formalaşan hökumət strukturunda ixtisar və birləşmələr mövcuddur. Bunun sayəsində nazirlərin sayı 16-ya endirilib. Bir prezident müavini ştatı yaradılıb. Bundan başqa, yeni kabinetdə təmsil olunanların əksəriyyəti yeni namizədlərdir. Hökumətin tərkibində iki qadın nazir təmsil olunur.
Qeyd edək ki, iyulun 9-dan etibarən Türkiyə Respublikası prezident üsul-idarəli hökumət sisteminə qədəm qoyub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info