Gənclər siyasəti dövlətin əsas prioritetlərindəndir
Tarix: 15.06.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə çıxış edən Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Heydər Əliyevin Azərbaycan gəncliyinin formalaşmasında göstərdiyi xidmətlərdən danışıb. Onun sözlərinə görə, H. Əliyevin gənclərin inkişafında misilsiz rolu olub: “Heydər Əliyevin sayəsində gənclər siyasəti Azərbaycan dövlətinin əsas prioritetlərindən birinə çevrilib”. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən olan foruma 30 ölkənin nümayəndəsi qatılıb. Onun sözlərinə görə, forumda gənclər arasında müxtəlif sahələri əhatə edən müzakirələr, fikir mübadiləsi aparılacaq: “Bu cür forumların keçirilməsi həm şəxsiyyətlərin gənc nəslin formalaşmasındakı rolunu artıracaq, həm də gənclərin dünyagörüşünün artmasına xidmət edəcək. Bu, gənclərin gələcəkdə ictimai-siyasi sahədə öz fəaliyyətlərini daha möhkəm qurmasına dəstək olacaq”. Nazir müavini qeyd edib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü gənclər siyasətinin əsası qoyulub: “Heydər Əliyevin gənclərlə bağlı siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri həm ölkə daxili, həm də beynəlxalq layihələrdə uğurla iştirak edirlər”. Keçmiş SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavininin katibliyinin müavini vəzifəsində çalışmış Vladimir Sergeyeviç Uxov Heydər Əliyev haqqında xatirələrini danışıb. Meksikalı qonaq, səfir Antonio Duenas Pulido forumda çıxışında deyib ki, Azərbaycanın dövlətçilik tarixində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna yeri var: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib". Sonra beynəlxalq forum çərçivəsində "Gənclər və şəxsiyyətlər: nəsillərin məsuliyyəti", "Müasir dünyanın mənzərəsi və şəxsiyyətlər" və "Xalqların formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda panel iclaslar keçirilib. Qeyd edək ki, forum iyunun 16-dək davam edəcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info