“Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi”
Tarix: 10.07.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Bərdə rayonunda təşkil edilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, gənclər və idman idarəsinin, qeydiyyat idarəsinin məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, dini icmanın üzvləri iştirak ediblər.
Bərdə rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.
Tədbirdə layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Bərdə Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
O, çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra, Bərdə rayon prokurorunun köməkçisi Coşqun Nəcəfov, gənclər və idman idarəsinin rəis əvəzi Aydın Qasımov, qeydiyyat idarəsinin rəis əvəzi Nəriman İsmayılov, polis şöbəsinin inspektoru Vüsalə Əzimova, Bərdə cümə məscidinin axundu Həsən Allahverdiyev tədbirdə çıxış edərək, hər biri öz təmsil etdiyi qurumların səlahiyyətləri çərçivəsində məişət zorakılığı, o cümlədən erkən nikah halları ilə mübarizə sahəsində görülən işlər, belə hallarla rastlaşdıqları zaman həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info