“Azərsu” istehlakçılara göstərilən müştəri  xidmətlərini asanlaşdırır
Tarix: 10.07.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.
 
ASC-dən verilən məlumata görə, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən 13-cü - "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidmət istifadəyə verilib.
 
Bu xidmət vasitəsilə əhali qrupu üzrə yeni istehlakçılar “Azərsu” ASC-nin abonent bazasında abonent  kimi qeydiyyata alınır. Adıçəkilən xidmətdən su və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərt almış və şəbəkəyə qoşulmuş abonentlər istifadə edə bilər. Bunun üçün www.e-gov.az  portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.
 
-        Rayonun adı;
-        İstehlakçının ünvanı (küçə/qəsəbə/kənd, ev nömrəsi, mənzil nömrəsi); 
-        Bina evi və ya həyət evi seçimi;
-        İstehlakçının şəxsiyyət vəsiqəsinin FİN kodu;
-        Texniki şərt sənədinin elektron formada yüklənməsi(zəruri olduqda);
-        Mülkiyyəti təsdiq edən sənədin (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.) elektron formada yüklənməsi;
-        Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın elektron formada yüklənməsi;
-        Müraciət edənin telefon nömrəsi;
-        Müraciət edənin elektron poçt ünvanı;
-        Müraciətlə bağlı qeydlər.
 
Təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra olunur və abonentin elektron poçt ünvanına yeni müqaviləni imzalaması üçün sukanal idarəsinə yaxınlaşması barədə bildiriş göndərilir. Əgər abonentin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.
 
Texniki şərt almış istehlakçılar bu xidmət vasitəsilə “Azərsu” ASC-nin abonent bazasında qeydiyyata alınır, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üçün onlarla  müqavilə bağlanır və abonent kodu verilir.
 
Qeyd edək ki, “Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci il üzrə açıqladığı statistikaya əsasən, “Azərsu” ASC elektron xidmətlərdən istifadə sayına görə 5-ci yeri tutub. Ötən il  elektron xidmətlərlə əlaqədar Cəmiyyətə 347 min, bu ilin 6 ayında isə 225 min müraciət daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info