ƏƏSMN yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub
Tarix: 10.07.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Şuranın tərkibində işçi qrupları yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, əmək və sosial müdafiə sahələrində əhaliyə xidmətlər şəbəkəsinin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatları diqqətə çatdırıb. O, sosial müdafiə tədbirlərinin, aktiv əmək bazarı proqramlarının təşkilində və islahatlar prosesində ictimai nəzarət mexanizminin önəmini qeyd edib.
Nazir İctimai Şuranın ictimai iştirakçılıq müstəvisində bu yöndə, habelə nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələrinin keyfiyyətlə yerinə yetirilməsinə ictimai nəzarətin həyata keçirilməsində, fəaliyyət sahələrində şəffaflığın təmin olunması işlərində yaxından dəstək verməsinin vacibliyini diqqətə çatdırıb. S.Babayev bildirib ki, Şurada geniş əhali qruplarını əhatə edən 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur. Sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin hazırlanması və icra mexanizminin həmin əhali qruplarının mənafelərinə uyğun təkmilləşdirilməsində, nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, habelə müvafiq istiqamətlər üzrə izahat və maarifləndirmənin aparılmasında Şuranın fəal iştirakı çox önəmlidir.
Əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən tədbirlərə ictimai nəzarətin və bu sahələrdə şəffaflığın təmin olunmasında, nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın nazirlik ilə birgə fəaliyyətinin daha səmərəli və məqsədyönlü təşkili üçün təkliflər müzakirə olunub.
İctimai Şuranın tərkibində ayrı-ayrı fəaliyyət sahələri üzrə işçi qrupları yaradılıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info