Ermənistanın terror və narkoticarətlə məşğul olması ifşa edilib
Tarix: 15.06.2013 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Sərraf Balaxan: “ABŞ və digər əsas güc sahibi olan dövlətlər bu məsələyə sözlə deyil, əməli addımlarla münasibət ortaya qoymalıdırlar”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında ölkəsinin dünyanın istənilən yerində narkotiklərin yetişdirilməsi, satışı və nəqlinin əleyhinə olduğunu bildirib. Səfir bunu Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
Lakin səfirin bu açıqlamasına baxmayaraq, ABŞ-ın apardığı siyasət bunun əksini deyir. Çünki hər il dünyada nakoticarətlə mübarizə etmək üçün milyonlarla dollar vəsait ayıran ABŞ, Azərbaycan dövlətinin dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında işğal olunmuş ərazilərdə narkotik bitkilərin becərilməsi, buranın narkotika tacirləri üçün tranzit yola çevrilməsi və s. ilə bağlı bir dəfə də olsun münasibət bildirməyib. Eyni zamanda işğalda olan ərazilərimiz həm də müxtəlif erməni terrorçu qruplaşmalarının təlim-məşq bazasına çevrilıb. MTN-in keçirdiyi sonuncu əməliyyat vəziyyətin ciddiliyindən xəbər verir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan bunları dedi: “Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatların biri Azərbaycan Respublikası Prezidentinin dəfələrlə yüksək tribunalardan cəsarətlə səsləndirdiyi fikri bir daha təsdiqlədi. Bu, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında narkotiklərin qanunsuz yetişdirilməsi və ixracı məsələsidir.
Hazırda Ermənistan özünün də dərindən dərk edib anladığı Qarabağın gec-tez öz sahibinə qaytarılması həqiqətini qəbul edib. Öz havadarlarının təkidi və tələbi ilə hələ də özünə ən böyük problem olan Qarabağ məsələsini uzadan Ermənistan hakimiyyəti o torpaqlardan yalnız cinayətkarlıq, qanunsuz qapalı zona kimi istifadə edir. Bu gün nəinki Qarabağda, heç Ermənistanın özündə belə yaşamaq istəməyən ermənilərin ölkədən, həmçinin çox az qismin məskunlaşdığı Qarabağdan qaçması o zonanı ölü bir əraziyə çevirib.
Bu gün Azərbaycan dövlətinin əsas məqsədi də Ermənistan kimi terrorçu, cinayətkar, narkotik, silah biznesi ilə məşğul olan bir ölkəni dünyanın gözü qarşısında ifşa etməkdən ibarətdir.
Milli Təhlükəsizlik Nazirliyinin uğurlu əməliyyatı nəticəsində ələ keçirilən İran vətəndaşının etirafı isə, mənim üçün sadəcə bir dəhşətdir: “...həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilər əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verir”. Bu bir azərbaycanlı kimi mənim üçün çox sarsıdıcı bir ifadədir. Çünki bir zamanlar dünyaya unikal mədəniyyət, insansevərlik, qonaqpərvərlik, musiqi, Qarabağ atı təklif edən qızıl kimi torpaqlar indi vandal ermənilərin ixtiyarında olmaqla, dünyaya yalnız “keyfiyyətli narkotik” təklif edir.
İşğal olunmuş ərazilərimiz bütün dünya üçün real təhlükə zonasına çevrilib. Dünya öz insanını qorumaq naminə Qarabağ problemində Azərbaycanın haqq işinə dəstək olmalıdır. Mən düşünürəm ki, bu işdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların başqa bir seçimi yoxdur. Amerika Birləşmiş Ştatları və digər əsas güc sahibi olan dövlətlər bu məsələyə sözlə deyil, əməli addımlarla münasibət ortaya qoymalıdırlar. Çünki orada narkotiklərin yetişdirilməsinə indi başlanılmayıb, bu işlər işğaldan dərhal sonra başlayıb və 20 ildir ki davam edir. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar mütləq müvafiq istiqamətdə hüquqi qüvvəyə malik sənədlər qəbul etməli və onun icrası üçün çalışmalıdırlar. Əks halda ağ ölüm təhlükəsi daha da böyüyəcək və qarşısıalınmaz bir prosesə çevriləcək”.

Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov isə mövzu ilə bağlı “Palitra”ya bunları dedi: “20 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən artıq torpağı işğalçı Ermənistan dövləti tərəfindən zəbt edilib. İşğal olunan bu torpaqlarda yaşayışın olmaması, nəzarətsiz bir əraziyə çevrilməsi işğalçı Ermənistan dövlətinin həmin ərazilərdə terrorçu qrupların təlimlər keçməsinə şərait yaratması, qanunsuz silah alveri və eyni zamanda narkotik vasitələrin becərdilməsi üçün istifadə etmələri dəfələrlə və real faktlarla sübuta yetirilib. Azərbaycan dövləti bununla bağlı müxtəlif beynəlxalq təşkilatlara məlumatlar versə də, mövcud təhlükənin qarşısının alınmasına çalışsa da, ABŞ və digər aparıcı dövlətlər buna lazımi münasibət bildirməyiblər. Çox təəssüf ki, ölkəmizə qarşı aparılan ikili standartlar və işğalçı dövləti dəstəkləyən qüvvələrin bu məsələlərə dırnaqarası yanaşması artıq Qarabağın təhlükəli bir zonaya çevrilməsinə gətirib çıxarıb. MTN-in həyata keçirdiyi son əməliyyatdan da aydın göründü ki, bir zamanlar öz gözəl təbiəti ilə cənnət diyarı olan Qarabağ bu gün narkoplantasiyalarla əhatə olunan bir məkana çevrilib. Fikrimcə, ABŞ və digər böyük dövlətlər problemin həlli üçün Ermənistan dövlətinə sərt sanksiyalar tətbiq etməlidirlər. Problemin köklü həlli üçün isə beynəlxalq ictimaiyyət Ermənistana həmin zonadan işğalçı qoşunlarını çəkməsi üçün təzyiq göstərməli və Azərbaycanın haqq işini tam şəkildə dəstəkləməlidir”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10148

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info