QMİ: “İslam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur”
Tarix: 10.07.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


"Mən birmənalı olaraq, bəyan edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi yarandıqdan sonra, ən azı müstəqillik dönəmində onun tərkibində bir dənə də olsun radikal qrup, radikal cərəyan olmayıb. Azərbaycanda islam təmayüllü bu cür cərəyanların olmamasını söyləmək fikrində deyiləm. Amma onların məhz QMİ-nin strukturunda, icmalarında yaranmasını təkzib edirəm".
Bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib.
Onun sözlərinə görə, islam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur: "Ümumiyyətlə, bütün səmavi dinlər səbr və təmkin konsepsiyasına əsaslanır. Oksford Universitetinin bir professoru radikalizmi psixoloji xəstəlik adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatından xahiş olunub ki, radikalizm xəstəliklərin siyahısına salınsın. Həqiqətən də dini radikalizmin mahiyyətini araşdırdıqda onun psixoloji xəstəlik olması qənaətinə gəlirsən".
S.Həsənov onu da qeyd edib ki, son illər ərzində Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün çoxsaylı tədbirlər keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info