6 ayda ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib
Tarix: 10.07.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzləri tərəfindən cari ilin ilk yarımilində 5,7 min nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4,5 min nəfərə stasionar, 1,2 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Hazırda ƏƏSMN-nin ölkənin bütün bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Reabilitasiya mərkəzlərində qeyd olunan insanların sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası üçün onlar fizioterapevtik müalicə üsullarının geniş tətbiqi şəraitində kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirlərinə cəlb olunurlar.
Həmçinin sağlamlıq imkanları məhdud uşaqların bərpası prosedurlarının tətbiqi ilə yanaşı, onlarla bağlı müəyyən tədris metodikaları da həyata keçirilir.
Yanvar-may aylarında 4,7 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilməklə, onlara ümumilikdə 12,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 700 əlil arabası verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info