“Türk Hava Yolları” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Tarix: 10.07.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Bakı Olimpiya Stadionunda dünyanın ən çox ölkəsi və beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti və Azərbaycanın ən qədim futbol klublarından biri sayılan “Neftçi” futbol klubu arasında brend əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində çıxış edən “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb və bildirib: “Biz “Türk Hava Yolları” olaraq hər zaman iki qardaş ölkə arasında mövcud olan sıx münasibətləri dəstəkləmişik, bu anlaşma da bunun daha bir bariz nümunəsidir və Azərbaycan və Türkiyə dövlətləri arasında dostluğu əks etdirir. Azərbaycan “Türk Hava Yolları” üçün sadəcə bir təyinat nöqtəsi deyil, biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş olkə olan Azərbaycan üçün də hiss edirik və bütün qəlbimizlə burada idmanın gələcəyinə inanırıq. “Neftçi” futbol klubu ilə imzaladığımız bu anlaşma sayəsində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasından məmnunuq”.

“Türk Hava Yolları” ilə əməkdaşlıq “Neftçi” futbol klubunun tarixi və ümumilikdə bütün Azərbaycan futbol klubları üçün ilk qlobal sponsorluq hadisəsidir. Qlobal idman sponsorluqları ilə tanınan “Türk Hava Yolları” şirkəti “Neftçi” klubnunun parlaq gələcəyinə inanır və Azərbaycanda gənclər arasında futbolun təbliğinə və peşəkar futbola marağın artırılmasını dəstəkləyəcək.

İmzalanmış müqaviləyə əsasən, “Neftçi”nin oyunçuları “Türk Hava Yolları”nın loqosunun yer aldığı məşq formaları geyinəcək, bütün rəqəmsal kanallar isə “Türk Hava Yolları” haqqında məlumatlarla bölüşəcəklər. Bundan başqa, “Türk Hava Yolları”nın loqosu reklam bannerləri, biletlər və dəvətnamələrin üzərində yerləşdiriləcək. Hər iki tərəf üçün brendin inkişaf etdirilməsinə yönəldilən bu müqavilə əhatə dövrü ərzində yeni qarşılıqlı iş fəaliyyətlərinə açıq olcaq.

İdmanın müxtəlif millətlərdən olan insanları birləşdirmə gücünə və ilhamlandırılmasına inanan “Türk Hava Yolları” yerli və qlobal səviyyələrdə futbol, basketbol, reqbi və qolf kimi idman növlərini dəstəkləyir.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də Facebook, Twitter, YouTube, LinkedIn və Instagram.səhifələrində əldə edə bilərsiniz.

“Neftçi” PFK haqqında:
“Neftçi” Peşəkar Futbol Klubu 1937-ci ildə yaradılıb. 1991-ci ilədək SSRİ çempionatlarında çıxış edib. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-ci ildən Azərbaycan çempionatlarında çıxış edir. Ölkə çempionatının (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013), kubokunun (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) və Superkubokunun (1993, 1995) qalibidir. 2012/2013 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.

 




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçirilib
24.05.2019
Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info