Arbak Xaçatryan: «Koçəryanın Moskvanın dəstəyinə ümidi azdır»
Tarix: 10.07.2018 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Bu gün Köçəryan Kremlin qanadı altına sığınsa da, onun ailəsi ABŞ-da yaşayır”

Belə görünür ki, Ermənistandakı hakimiyyət dəyişikliyi-Paşinyanın hakimiyyətə gəlməsi ölkənin son iki prezidenti - həm Robert Koçəryan, həm də Serj Sarkisyan üçün yaxşı gələcək vəd etmir. Artıq neçə müddətdir ki, təqiblər, həbslər hələ ki, Serj Sarkisyana gəlib çatmasa da, artıq onun yaxınlarını «ağuşuna» almaqdadır. Ermənistanın sabiq ikinci prezidenti Robert Köçəryan isə hələ ki, başqa müddəalarla ittiham olunur. Belə ki, Köçəryan 2008-ci ilin martın 1-də İrəvanda yaşanan hadisələrə görə sorğulara cavab verməkdən ötrü çağırılsa da, hələ ki, onu istintaqa cəlb edə bilməyiblər. Məsələ bundadır ki, Ermənistanın sabiq ikinci prezidenti neçə müddətdir ki, Ermənistandan qaçıb. Maraqlıdır ki, bəzi erməni KİV-ləri Ermənistandakı son yaşantıları yeni hakimiyyətin Qarabağ klanına olan nifrətini dəyərləndimək niyyəti kimi də qələmə verirlər. Lakin reallıq budur ki, istintaqdan yayınan Köçəryan bir müddət bundan əvvəl «Yerevan Today» saytına verdiyi açıqlamada bütün ittihamları rədd edərək, «müxalifətə qarşı hərbi əməliyyatların müdafiə naziri Mikael Arutyunyan tərəfindən həyata keçirildiyini» bildirib.
Qeyd edək ki, Robert Koçəryanın İrəvandakı ofisinin rəhbəri Viktor Soqomonyan bu günlərdə erməni nəşrlərinə verdiyi açıqlamada Robert Köçəryanın iyulun 25-dən sonra İrəvana qayıdacağını bildirsə də, bu, o qədər də inandırıcı görünmür. Çünki çoxları Köçəryanın bu addımını onun vaxt uduşuna hesablandığını bildirirlər. Onların fikrincə, Köçəryanın bu ərəfədə Paşinyana təsir edə biləcək xarici müdaxilədən istifadə etməyə çalışacağını iddia edirlər. Lakin qeyd edilməlidir ki, bu məsələ ilə bağlı fərqli düşünənlər də yox deyil. Məsələn, «1in.am» saytına danışan moskvalı erməni ekspert Arbak Xaçatryan deyir: «Mən məxməri inqilabdan da əvvəl verdiym müsahibələrdə Rusiya prezidentinin bir neçə gün ərzində fərqli insanları təbrik edəcəyini demişdim və bu, belə oldu. Amma unutmaq lazım deyil ki, zaman və reallıq dəyişib. Əgər bu gün Kremlin Suriya, Ukrayna ilə yanaşı, digər geosiyasi çətinlikləri olmasaydı, bu halda Moskvanın Koçəryan və ya digərinə dəstək vermək ehtimalı var idi. Amma indi belə bir şeyin olacağına inanmıram. Axı indi Rusiyanın Koçəryanı dəstəkləməsinə nə ehtiyacı var? Unutmaq lazım deyil ki, Ukraynadakı dövlət çevrilişi fərqli idi. Ermənistanda isə hakimiyyətə xalqdan dəstək alan «təmiz» adamlar gəldi.
İndiki şəraitdə Robertə, ya da digərinə dəstək vermək Rusiyaya baha başa gələ bilər, təbii ki, bu mənim fikrimdir. Ona görə də, mən Moskvanın Koçəryanı xilas edəcəyinə inanmıram. O mənada, mən çox istərdim ki, Moskvadakı səlahiyyətlilər Ermənistana qarşı törətdikləri cinayətlərini anlasınlar (Rusiyanın ermənilər üçün Cənubi Qafqazda dövlət qurması yaddan çıxıb-A.B.). Onların Ermənistandan hər şeyi satın almaqları, Ermənistanı tamamilə almaq mənasını vermir. Bu, əvvəl-axır bumeranq effekti verə bilər”.
Maraqlıdır ki, erməni ekspert Moskvanın Köçəryana qahmar çıxmamasını başqa bir nüansla da əlaqələndirir: «Bu gün Köçəryan Kremlin qanadı altına sığınsa da, onun ailəsi ABŞ-da yaşayır. Təbii ki, Köçəryan və onun ailəsi buna Ermənistandan oğurladıqları milyardlar hesabına nail olublar. Məhz buna görə də, sabiq prezidentin Moskvanın dəstəyinə ümidi azdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info