“Turizm obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir“
Tarix: 10.07.2018 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


"Turizm obyektlərində müştərilərin istirahəti üçün nəzərdə tutulan atraksionlar, su hövzələri, aquaparklarda və kanat yollarında tam təhlükəsizliyin təmin edilməsi üçün kompleks olaraq təhlükəsizlik tədbirləri görülməlidir”. Bunu Qubada kanatın sınması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədən danışarkən təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev deyib. 
O xüsusilə vurğulayıb ki, insanların sıx istirahət etdiyi məkanlarda bütün "fors- major" hallar nəzərə alınmadır:
"Kanat yolları xüsusilə təhlükə potensiallı obyektlər siyahısına daxil edilib. Ondan istifadə zamanı bütün gərəkli təhlükəsizlik tədbirləri həyata keçirmək lazımdır. 
"Tros"larının istifadəyə yararlı, əyləc sisteminin saz olması, sürətinin, dönmə anında sürəti, kabinəsinə tutumu qədərdən artıq adamın minməməsi və s. nəzərə alınmalıdır. Əgər hər hansı nasazlıq varsa, təbii ki, onun istismarına icazə verilməməlidir.
Kanatdan istifadə edən müştəri kanatın saz, ya nasaz vəziyyətdə olduğunu bilə bilməz. Bu məsələdə turizm obyektləri maraqlı olmalıdırlar. Vaxtlı-vaxtında texniki baxışdan keçirməklə, lazım olan hissələrinə qulluq olunmaqla saz vəziyyətdə saxlamaq gərəkdir. 
Qubada baş verən hadisə və bir neçə gün əvvəl Novxanı qəsəbəsində yerləşən "Aquapark”da baş verən ölüm hadisəsi hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq, hüquqi qiymət veriləcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info