Rüstəmin seçkidən hürkməsi nəyə səbəb oldu?
Tarix: 15.06.2013 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Milli şura”nın bu tərkibdə təşkil olunması əvvəlcədən onun dağılacağına dəlalət edirdi”

İqbal Ağazadə: “Milli şura” ilə əməkdaşlıq perspektivləri görünmür”

Əhməd Oruc: “İbrahimbəyovun seçkidə iştirak etməkdən qorxduğunu açıq bildirməsi “milli şura”nı dağıdır”

“Milli şura” artıq dağılmaqdadır. R.İbrahimbəyovun bir “lider” kimi seçki ərəfəsi ölkəyə gəlməkdən, tutulmaqdan qorxduğunu müsahibəsində açıq bildirməsi, “şura”dakı digər şəxsləri tələm-tələsik “liderlik” üstündə davalaşmağa vadar edib. Buna görədir ki, artıq Müsavat, AXCP, “el” qurumlarının hər birinin başçısı özünün namizədliyi üzərində düşünür. Bu isə “milli şura”da əvvəldən olan “vahid namizədlik” davasının hazırda daha separativ bir şəkildə kəskinləşməsi ilə müşahidə olunur. Belə ki, tərəflərdən hər biri “vahid namizəd”liyə özünü “layiq” bildiyini açıq şəkildə qabartmağa başlayıb. Əli Kərimli “sosioloji sorğularla” özünü daha şanslı sayır, İsa Qəmbər seçki qərargahında stul və stolları düzməklə, geri çəkilməyəcəyini qabartmağa çalışır, Eldar Namazov isə seçkidən hürkən İbrahimbəyovun varisi kimi görünməyə çalışaraq “vahid namizəd”liyin onun vərəsəliyinə keçdiyini isbatlamağa girişib. Beləliklə, bu mənzərə “milli şura” adlı anormal müxalif qurumun müxalifət və siyasi proseslər üçün vecsizliyini bir daha sübut edir. Bu, göstərir ki, nəinki müxalifət, ümumiyyətlə, onun hər hansı bir hissəsi belə, seçkidə birləşməyə çətinlik çəkir...

Ümid Partiyasının sədri İqbal Ağazadə “Palitra”ya bildirdi ki, müxalifətdən konkret olaraq o, namizədliyini irəli sürməyə və seçkidə iştirak etməyə hazırlaşır. Hansısa partiya və blokla əməkdşalıq edəcəyinə gəlincə, Ümid Partiyasının sədri dedi ki, bu, proseslərdən asılıdır. Konkret olaraq “milli şura” ilə əməkdaşlıq perspektivlərini İ.Ağazadə inkar etdi: “Milli şura ilə əməkdaşlıq perspektivləri görünmür. Çünki onların mövqeyi ilə bizim mövqeyimiz üst-üstə düşmür. Hələlik “milli şura”da olanlar bir sıra məsələlərə aydınlıq gətirməlidirlər. Əgər gətirməsələr, bizim onlarla əməkdaşlığımız olmayacaq. Belə görünür ki, gətirməyəcəklər. Onların birləşməsi aydın və şəffaf deyil. Bir sıra suallar var”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Palitra”ya bildirdi ki, “milli şura”da konsensusun əldə olunması və namizəd məsələsində razılığa gəlinməsi zaman baxımından əldən buraxılıb. Bundan sonra onların nəyəsə nail olacaqlarına inanmıram. Birləşmə məsələləri vaxtında həyata keçirilməli idi. Bu gecikdiyinə görə ehtiraslar hələ indi-indi qızışır, kimsə namizədliyini verir, kimsə özünü “yek” namizəd sayır və sair. Ona görə də belə “şura” ilə bir şey alınan deyil. Bu proseslər açıq görünür ki, “milli şura” ilə seçkidə hara qədər getmək olar. Ümumiyyətlə, “milli şura”nın bu tərkibdə təşkil olunması əvvəlcədən onun dağılacağına dəlalət edirdi.”

Əli Kərimli “sosioloji sorğularla” özünü daha şanslı sayır, İsa Qəmbər seçki qərargahında stul və stolları düzməklə, geri çəkilməyəcəyini qabartmağa çalışır, Eldar Namazov isə seçkidən hürkən İbrahimbəyovun varisi kimi görünməyə çalışaraq “vahid namizəd”liyin onun vərəsəliyinə keçdiyini isbatlamağa girişib

Azadlıq Partiyasının sədri Əhməd Oruc bizə isə bildirdi ki, “milli şura” baş-ayaq yaradılıb: “Mayın 28-də onu elan etdilər və dedilər ki, üzvlərin sayı 50-dir. Amma 10 gündən sonra bəlli oldu ki, yox, sən demə, 129 nəfərmiş. Bunun bəyannaməsi də 10 gündən sonra ortaya çıxdı. Sonra da bəlli oldu ki, heç bu sənədi də razılaşdırmayıblar. İstər nizamnamə, istərsə də namizəd məsələsində dartışmalar daha da güclənir. Tərəflərin hər biri bu məsələlərdən sırf öz siyasi maraqları naminə yararlanır və konsensusa meyilli deyil”.
Ə.Oruc Rüstəm İbrahimbəyovun seçki ərəfəsi ölkəyə gələcəyinə heç “milli şura” üzvlərinin də inanmadığını dedi: “Özləri də bilirlər ki, o, gəlməyəcək. Ona görə də hər biri öz namizədliyini ortaya atmağa çalışır. Artıq bəziləri bununla bağlı bütün hazırlıqları görür ki, bu da onların ayrılıqda seçkiyə namizəd kimi gedəcəklərini göstərir. “Milli şura” guya İbrahimbəyovun ətrafında formalaşmış bir qurum kimi təqdim olunsa da, əslində siyasi arenada heç vaxt bir araya gələ bilməyən köhnələrin qurumudur. Bu qurum yenə də həmin şəxslərin şəxsi ambisiyalarının mübarizəsi meydanına çevrilib”. Ə.Oruc daha sonra dedi: “Rüstəm İbrahimbəyov seçkidə iştirak etməkdən qorxduğunu, həbs olunmaqdan qorxduğunu açıq bildirdi ki, bu da onun “lider” olmadığını göstərir. Bu da “milli şura” ətrafında gedən proseslərə təsir edəcək. Amma daha da deqradativ və dağıdıcı təsir olacaq. Çünki köhnələr yenə meydanda qalırlar ki, onlar da heç vaxt birləşə bilməzlər. İsa Qəmbər, Əli Kərimli razılığa gələ bilsəydilər, “ictimai palata”nı dağıtmazdılar, elə orda birləşərdilər və vahid namizədlə çıxış edərdilər. Rüstəmin oyundan çıxdığı şəraitdə isə onlar yenə də qarşıdurmadadırlar və bu qarşıdurma daha da güclənəcək. Eləcə də Namazovla onlar arasında qarşıdurma olacaq və bu proses üçtərəfli gedəcək”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info