Ronaldonun “Yuventus”a transferi rəsmən təsdiqləndi
Tarix: 11.07.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” komandasının hücumçusu Kriştiano Ronaldonun İtaliyanın “Yuventus” klubuna transferi rəsmən təsdiqlənib. Bu barədə Madrid klubundan məlumat verilib. Hər iki klub transfer müqaviləsinin detalları barədə ətraflı məlumat verməyib. Lakin İspaniyanın və İtaliyanın idman mətbuatı Ronaldonun transferinin 105 milyon avro müqabilində baş tutduğunu yazıb. Xatırladaq ki, 2009-cu ildən “Real Madrid”in formasını geyən Kriştiano Ronaldo bu klubun heyətində ən çox qol vuran futbolçudur. Portuqaliyalı hücumçu əvvəlki rekordun sahibi olan Raul Qonsalesdən 303 oyun az keçirməsinə baxmayaraq, 438 qolla “Real”ın tarixinə ən məhsuldar futbolçu kimi düşüb. O, bu qolları 450 matçda vurub.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü
20.07.2019
Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar
20.07.2019
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20.07.2019
PSJ-dən Mbappeyə yeni müqavilə
20.07.2019
Futbol üzrə Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info