Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır
Tarix: 11.07.2018 | Saat: 14:48:00 | E-mail | Çapa göndər



İyulun 10-da Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü Mahir Dərziyev Gəncədə baş verən hadisələri şərh edərkən söyləyib.
M.Dərziyev bildirib ki, iyulun 10-da təqribən 200 nəfərədək radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi xəbəri Gürcüstanda yaşayan azərbaycanlıları da ciddi şəkildə hiddətləndirib. Bu cür qanunazidd hərəkətlər Azərbaycanda siyasi sabitliyi pozmağa yönəlib. Gürcüstanda yaşayan azərbaycanlılar bunun əleyhinədir və müstəqil Azərbaycan dövlətini, onun Prezidentini dəstəkləyirlər.
Deputat qeyd edib ki, əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır.
M.Dərziyev daha sonra deyib: “Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Azərbaycanın müəllifi olduğu, Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial, iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin bəzi anti-Azərbaycan qüvvələr bunu istəmirlər. Azərbaycanda, eləcə də xarici ölkələrdə təxribatçı hərəkətlərə yol verir, pozucu aksiyalar təşkil edir, şüarlar səsləndirirlər. “Biz, Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimiz olan Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin bu hərəkətlərini qətiyyətlə pisləyirik. Hamımız tarixi Ana Vətənimizin yanında olmalıyıq və Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik”, - deyə M.Dərziyev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info