Xalq artisti: “Düşmən qüvvələr Azərbaycanın sabitliyinə qənim kəsiliblər”
Tarix: 11.07.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


“Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər”. Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı söyləyib.
“Gəncə Azərbaycanın ürəyi, qədim tarixi şəhəridir. Gəncə və gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar və bundan sonra da olacaqlar. Bu, bir qrup radikalın törətdiyi cinayətdir. Gəncə hadisəsi göstərdi ki, ölkəmizi xaosa sürükləməyə çalışan düşmənlərimiz var və biz onlara imkan verməməliyik”, - deyə N.Mehdixanlı vurğulayıb.
Xalq artisti əlavə edib ki, ətrafımızda baş verən çox ciddi hadisələri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı nəzərə almalıdır. Ölkəmizdə heç bir halda dini fanatizmə yol vermək olmaz. Dini fanatizmin qarşısı amansız şəkildə alınmalıdır. Allah şəhid polislərimizə rəhmət eləsin, yerləri behişt olsun! Onlar Azərbaycanda dini fanatizmə qarşı mübarizədə şəhid olublar. Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimizin, Prezidentimizin, xalqımızın, bayrağımızın yanındayıq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info