Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar
Tarix: 11.07.2018 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov iyulun 10-da Gəncədə törədilən cinayətlə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində aşağıdakıları deyib:
-Bu hadisələrə doğru qiymət vermək üçün yaxın tarixə ekskurs etmək lazımdır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, bununla bağlı olaraq iyunun 26-da hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, bir sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür ki, xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, həmin qüvvələr respublikamızda, eləcə də onun ikinci böyük şəhəri olan Gəncədə sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün fəaliyyətə keçiblər.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının silahlı sui-qəsdə, terrora məruz qalması, ayın 10-da isə bir qrup radikal ünsürün şəhərin mərkəzində qarşıdurma yaratmağa cəhd etməsi, ümumilikdə ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir.
Bu insanların əvvəlcədən sosial şəbəkələr vasitəsilə şəhərin mərkəzinə toplaşmaq üçün çağırışlar etməsi, daha sonra bir fit səsi ilə hamısının meydanın mərkəzinə toplaşaraq bizim danışığımızdakı ləhcə və şivəmizə uyğun olmayan tərzdə dini şüarlar səsləndirməsi bu cür düşünməyə əsas verir ki, həmin insanlar radikal, dini təmayüllü pozucu qüvvələrdir. Onlar dünyanın hansısa mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir. Onların əsas məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, dincliyimizi və əmin-amanlığımızı pozmağa yönəlib.
Əlbəttə, cəmi 15-20 dəqiqə ərzində Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi. Sevindirici hal odur ki, Gəncə şəhərinin sakinləri onların təxribat xarakterli dini şüarlarına və çağırışlarına heç bir dəstək vermədilər.
İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info