BANM-in MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolub
Tarix: 11.07.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) 2018/2019-cu tədris ilindən biznesin idarə olunması (MBA) proqramının tədrisinə başlayır.BANM-dən bildirilib ki, bu istiqamət üzrə ilk dəfə qəbulun həyata keçirilməsinə baxmayaraq, magistraturaya qəbul olmaq istəyən tələbələr böyük maraq göstərirlər. Belə ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Magistr” jurnalına əsasən, BANM-in MBA ixtisası üzrə elan etdiyi yerlərin hamısı dolub. Sentyabrdan etibarən MBA proqramı bu ali məktəbə qəbul olmuş tələbələrə tədris ediləcək.
BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Ali məktəbin təqdim etdiyi innovativ MBA proqramı müasir çağırışlar və trendlərə tam cavab verəcək. Proqram tələbələrə rəqabətədavamlı karyera imkanları, əlverişli dərs qrafiki, akademik mükəmməllik, geniş professional biznes əlaqələri və Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər əldə etmək imkanı verəcək.
MBA proqramında strateji idarəetmə, maliyyənin idarə olunması, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları və digər önəmli fənlərin tədrisi nəzərdə tutulub. BANM, həmçinin MBA ixtisasında təhsil alacaq tələbələr üçün müxtəlif şirkətlərdə təcrübə proqramlarına qatılmaq və əldə olunan bilik və bacarıqlarını tətbiq etmək imkanı yaradacaq.
BANM-də MBA təhsili almağın daha bir üstünlüyü isə ondan ibarətdir ki, proqramı tədris edən müəllimlər SOCAR və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info