«1in.am»: «Brüsseldə Paşinyanın əsas vəzifəsi Rusiya təhdidlərini neytrallaşdırmaqdır»
Tarix: 11.07.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Rusiyanın yardımı ilə dövlət olan Ermənistan indi də Avropaya sığınmağa çalışır

«Ermənistanın hakimiyyət orqanları artıq İrəvanla şantaj dilində danışma müddətinin keçdiyini göstərməlidirlər».
Bunu Ermənistanın «1in.am» saytı erməni baş nazir Nikol Paşinyanın Brüsselə- NATO-nun sammitinə hazırlaşdağı ərəfədə yazıb. Təbii ki, Ermənistanın yeni rəhbərinin, bir müddət əvvəl «Rusiya ilə strateji müttəfiqliyin qorunmasına» dair səsləndirdiyi fikirlərini qarşı tərəfdə çoxları səmimi və ciddi kimi qəbul etməmişdilər. Çünki Paşinyanın- təbii ki, bu, bir çox erməni millətindən olanlara xasdır- verdiyi bəyanatlarlarla atdığı addımlar üst-üstə düşmürdü. Rusiyanın yardımı ilə dövlət olan Ermənistan indi də Avropaya sığınmağa çalışır. Əlbəttə ki, Paşinyanın Brüssel səfərini başqa cür dəyərləndirmək olmaz. Lakin unutmaq lazım deyil ki, ermənilər öz haqsızlıqlarını haqlı kimi təqdim etməkdə çox pərgardırlar. Hələ ki, Rusiya rəsmi dairələrində birmənalı qarşılanmayan bu səfərin Ermənistan üçün hansı fəsadlar gətirəcəyini sonrakı günlər göstərəcək.
«Rusiya Qarabağ münaqişəsinin tədricən həllini dəstəkləyir və arzulayır». Bu fikirləri isə iyulun əvvəllərində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla rəsmi görüşü zamanı bildirib. Qeyd edək ki, artıq erməni saytlarında da yer alan bu məlumat ilk olaraq, Ermənistan tərəfi deyil, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti tərəfindən yayılıb.
O da qeyd edilməlidir ki, erməni saytı Ermənistandakı məxməri inqilabdan sonra Moskvanın İrəvana məxsus olan motivasiyasını önə çəkərək, bunu vacib bir nüans kimi təqdim edir: «Bu motivasiyanı Minsk Qrupunun həmsədri kimi Rusiyanın sülhməramlı niyyətinə aid etmək doğru olmaz. Çünki hazırkı vəziyyətdə Qarabağ münaqişəsinin həlli Rusiya üçün həll edilməsi bir məqsəd yox, bir vasitədir. Məhz bu vasitədən yararlanan Rusiya Ermənistan üzərində öz təsirini davam etdirəcək».
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın təklif etdiyi «Lavrov planı»nına toxunan sayt bunun Ermənistan tərəfi üçün də məqbul olmadığını bildirir. Xatırladaq ki, «Lavrov planı»nında önəm kəsb edən məsələlərdən biri münaqişə zonasına sülhməramlı qoşunların yeridilməsidir. Saytın yazdığına görə, sülhməramlılar adı altında Moskvanın əsas məqsədi Dağlıq Qarabağda öz hərbi varlığını bərqərar etməkdir: «Bura , bütün İran sərhədi boyunca olan ərazilərdə KTMT və ya MDB-nin mandatı altında qoşunların yerləşdirilməsi də daxildir».
Sayta görə, Rusiya "Lavrov planı"na nail olacağı təqdirdə, ilk olaraq, iki problemini həll etmiş olacaq. Bunlardan birincisi, Moskva nəinki Dağlıq Qarabağ bölgəsində, həm də Cənubi Qafqazda öz mövcudluğunu artırmış olacaq. İkinci tərəfdən isə Rusiya Silahlı Qüvvələri geosiyasi mənada İranla sərhəd zonasında yerləşəcəklər.
Ermənistandakı məxmər inqilabın nəticəsi olaraq, İrəvanın Rusiyanın təsir zonasından imtina edəcəyini anlayan Moskva, saytın yazdığına görə, «hər variantdan yararlanmağa çalışır. Lakin Moskvanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan Rusiyadan qoparaq Avrasiya məkanında normal, demokratik bir dövlət olacaq».
Bir müddətdən sonra Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün o qədər də önəm kəsb etməyəcəyini yazan sayt, bunu erməni istehsalçısı üçün yaxın gələcəkdə Avrasiya bazarının cazibədarlığını itirə bilməsi ilə əlaqələndirir:”Vaxt keçdikcə, Ermənistanın KTMT-yə də ehtiyacı olmayacaq”.
Maraqlıdır ki, sayt «artıq suverenliyini artırmış» Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasının yerləşdirilməsi üçün şərtlərin müzakirəsinə də diqqət yetirməyin vacibliyini bildirir. Saytın yazdığına görə, bu hələ ki, Rusiya hərbi bazasının ölkədən çıxarılması anlamı kimi başa düşülməsə də, məsələnin həlli sonrakı şəraitdən asılı olacaq.
Sayt İrəvanın Qərb ölkələri və strukturları ilə əlaqələrinin daha da gücləndirməsinin vacibliyini bildirir: «Bu gün Ermənistanın üzləşdiyi təhlükədən yeganə yolu Qərbyönümlü siyasətidir, təhlükəsizlik zəmanətlər sistemidir. Biz ümid edirik ki, bunlar baş nazir Nikol Paşinyanın Brüssel səfəri zamanı müzakirə mövzusu olacaq». Sayt , artıq Rusiyanın da bunu başa düşdüyünü və erməni baş nazirin Avropa səfərini ağrılı şəkildə qəbul etdiklərini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info