QMİ: “Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər”
Tarix: 11.07.2018 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsi(QMİ) son günlər Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.
 
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
“Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.  Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.
Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Taaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk. Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcək. Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!”
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info