Yoakim Bröyer Respublika Əlillərin Bərpa Mərkəzində olub
Tarix: 12.07.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib. Bildirilib ki, Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası üçün yüksək standartlara uyğun reabilitasiya şəraitinin yaradılması bu istiqamətdə aparılan işlərdən biridir. Mərkəzdə il ərzində 1700 nəfərə yaxın əlilliyi olan şəxsə müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilir. Ümumilikdə, aparılan işlərin davamı kimi, nazirliyin Bakıda və respublikanın regionlarında fəaliyyət göstərən bərpa mərkəzləri tərəfindən cari ilin 6 ayında 5,7 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub.
Qonaqlara Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Protez-Ortopedik Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi barədə də məlumatlar verilib.
Nümayəndə heyəti Respublika Əlillərin Bərpa Mərkəzinnin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, idman zalı, əlavə məşğələ otaqları, müasir reabilitasiya avadanlıqları və qurğularla tanış olublar. Hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, müasir fizioterapiya və kineterapiya aparatları, müalicəvi bədən tərbiyəsi vasitəsilə aparılan reabilitasiya prosesi nəzərdən keçirilib.
Y.Bröyer Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası yönündə aparılan işlərin onda müsbət təəssüratlar yaratdığını, ölkəmizdə bərpa-müalicə sisteminin müasirləşdirilməsi və səmərəli təşkili yönündə atılan addımların təqdirəlayiq olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info