“Loqos” daha bir yeniliyə imza atdı
Tarix: 12.07.2018 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Yarandığı gündən bir sıra uğurlara imza atan “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzi beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Belə ki, məlumat verdiyimiz kimi "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Türkiyə Üsküdar Universiteti ilə əməkdaşlığı çərçivəsində İstanbulda "Loqos"un rəhbəri Təranə Məmmədova və Üsküdar Universitetinin rektoru pr. Nevzat Tarhanın da iştirakı ilə görüş keçirilib. Rəsmi görüşdə təhsil və sağlamlıq imkanlarının inkişafı haqqında əməkdaşlıq sazişi imzalanıb. Yeni planlar müzakirə olunub, ilk tədbirlərin tarixləri təyin edilmişdir. Həmin tədbirlər planına uyğun olaraq Azərbaycana səfər etmiş nümayəndə heyəti iki günlük “Loqos” un qonağı olub.
Nümayəndə heyəti ilə keçirilən görüşdə “Loqos” un rəhbəri Təranə Məmmədova, NPİSTANBUL Beyin Hastanesi Tibbi Direktor Yardımçısı, Uluslararası Hasta Hizmetleri yöneticisi Dr.Hanifi Devrim, Üsküdar Universitesi Erasmus Kurum Koordinatörü, Uluslararası İlişkiler Direktörü Emre Üçsular, Üsküdar Universitesi Genel Sekreter Selçuk Uysaler və “Loqos” un bır sıra şöbələrinin rəhbər heyəti iştirak ediblər.
Görüşdən öncə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət edərək, şəhidlərin əbədi xatirəsini yad ediblər. Daha sonra Bakı şəhəri haqqında qonaqlara geniş məlumat verilib. Nümayəndə heyəti “Loqos” un Yasamal, Gənclik və Azadlıq filialları ilə yaxından tanış olub və mütəxəssislər ilə görüşüblər. Sonra nümayəndə heyəti Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə ATV kanalında yayımlanan "Həkimsən" verlişinin qonağı olub və “Loqos” ilə qurulan əməkdaşlıq haqqında geniş məlumat veriblər. Daha sonra “Loqos” da baş tutuan görüşdə konkret olaraq tədbirlər planı müzakirə edilib və bir sıra layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri Təranə Məmmədova bildirib ki, başlanan yeni əməkdaşlıq “Loqos” un digər ölkələr ilə qurduğu əməkdaşlıq kimi uğurlu olacaq və bu əməkdaşlıq əhaliyə xidmətin daha da yüksəldilməsinə təkan verəcək.
Çıxış edən qonaqlar Bakı və “Loqos” haqqında xoş təssüratlarını bölüşüblər və qeyd ediblər ki, “Loqos” ilə başlanan əməkdaşlıq qısa zaman ərzində öz müsbət töhvəsini verəcəkdir.
Görüşün sonunda qonaqlara milli dəyərlərimizi özündə ehtiva edən hədiyyələr və “Loqos” jurnalı təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info