“Molla Nəsrəddin lətifələri“ kitabının və www.mollanasreddin.az portalının təqdimatı olub
Tarix: 12.07.2018 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təçkilatşılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və  www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu vurğulayan Akif Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılmasının bu baxımdan əhəmiyyətini vurğulayıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov isə Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info