Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
Tarix: 12.07.2018 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


İyulun 11-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qəbələ Dövlət tarix-bədii qoruğuna baş çəkib. Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə qədim Qəbələ şəhərinin qalıqları (Çuxur Qəbələ kəndi ərazisində) üzərində yaradılan qoruqla tanışlıq olub. Burada məlumat verilib ki, ümumi sahəsi 420 hektar olan qoruqda qədim Qəbələ şəhərinin qalıqları yerləşir. Qədim şəhərin qalıqlarının yerləşdiyi ərazi 1976-cı ildə dövlət qoruğu elan olunub. Bildirilib ki, son illər Azərbaycan alimlərinin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Səfər zamanı Qəbələ Arxeoloji Mərkəzi ilə də tanışlıq olub. Burada saxlanılan eksponatlar haqqında məlumat verilib. Qeyd olunub ki, qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda bərpa olunur. Zakir Sultanov qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, ziyarətçilərin axınının artırılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Həmçinin qoruq ərazisində mövcud olan qədim şəhərin qala divarlarının bərpa olunmasının vacibliyini bildirib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info