Yunus Emre İnstitutunun rəhbəri Azərbaycan İlahiyyat İnstitutunda olub
Tarix: 12.07.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Yunus Emre İnstitutunun rəhbəri dos. Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun qonağı olub. İnstitutun rektoru Ceyhun Məmmədovla görüşən Cihan Özdemir Aİİ-nin qurulmasını Azərbaycanda din təhsili sahəsində atılmış çox önəmli bir addım olaraq dəyərləndirib. Özdəmir hər bir dövlətin sosial birliyinin qorunmasında vacib amillərdən birinin yüksək vətəndaşlıq şüuruna malik, sağlam düşüncəli din kadrlarının yetişdirilməsi olduğunu bildirib və Aİİ-yə bu mühüm vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Yunus Emre İnstitutu rəhbərliyinin Aİİ-ni ziyarətinin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. O, İnstitutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik din xadimlərinin yetişdirilməsi olduğunu qeyd edib. Ceyhun Məmmədov İnstitutda islamşünaslıq və dinşünaslıq sahəsinə aid əsas elmlərin tədrisi ilə yanaşı, tələbələr üçün Şərq incəsənətinin müxtəlif sahələri ilə əlaqəli kurs və dərnəklərin də təşkilinin nəzərdə tutulduğunu və Aİİ ilə YEİ arasında bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qarşılıqlı əlaqələrin müzakirəsi istiqamətində aparılan görüşün sonunda Cihan Özdəmir Aİİ-nin məzunlarının yüksək əxlaq və intellektə sahib nümunəvi din xadimi olaraq yetişdirilməsinin vacibliyini vurğulayaraq İnstitutun işlərində uğurlar arzulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info