Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu 2,2 dəfə artıb
Tarix: 12.07.2018 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Avtomobil idxalı 3 dəfə artıb


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib.
 
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.
 
Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.
 
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur.
 
Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.


Həmçinin bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 9 588 ədəd avtomobil idxal olunub.
 
2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 105 ədəd  və ya 2,75 dəfə artıb.
 
Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçirilib
24.05.2019
Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib
24.05.2019
Luiş Fiqu Bakıya gəlir: “Final möhtəşəm olacaq“ - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info