Bu il iki toxum təmizləmə zavodu istifadəyə veriləcək
Tarix: 12.07.2018 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


"Bu il Azərbaycanda iki toxum təmizləmə zavodunun istifadəyə verilməsi planlaşdırılır". Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında Toxum Fondu fəaliyyət göstərir: “Artıq toxum təmizlə zavodlarında işlərin 60-70%-i demək olar ki, tamamlanıb. Həmin zavodlardan biri Xaçmazda, digəri isə Şəkidə yerləşir. Zavodda texnologiya xətlərinin quraşdırılması üzrə işlər davam etdirilir. Bu zavodlar beynəlxalq təcrübədən yararlanaraq toxumçuluğun inkişafına müsbət töhfəsini verəcək”.
M. Əliyev bildirib ki, bu zavodlarda ilkin olaraq strateji məhsullara üstünlük veriləcək: “Dövlət büdcəsindən daha üç zavodun tikintisi üçün vəsait ayrılıb. Bu zavodlar inşa edildikcə və onların sayları artdıqca, təbii ki, digər toxumçuluq sahələrinə də köməklik göstərəcəyik.". 
Nazirlik rəsmisi bildirib ki, hazırda Tərəvəzçilik İnstitutunda çox vacib layihə həyata keçirilir: “Bu layihə tərəvəz toxumçuluğunun inkişafı ilə bağlıdır. Beynəlxalq təcrübəyə əsaslanaraq burada ram yenilənmiş laboratoriya, istixanalar, eyni zamanda  tərəvəz toxumlarının istehsalı və emalı üçün xüsusi zavod tikilir. Zavodun ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu zavodda  İsrail təcrübəsindən istifadə ediləcək. Bu zavodlar mərhələli şəkildə tikilib istifadəyə verildikdən sonra ölkəmiz toxumçuluq ixracatçısı ölkə olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info