Regionlarda genderəsaslı zorakılığa qarşı yönəlmiş tədbirlər keçirilir
Tarix: 12.07.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genderəsaslı zorakılıq qurbanlarına yardım göstərən Gəncə Yardım Mərkəzinin fəaliyyətinin davam etdirilməsinin dəstəklənməsi” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizəyə daha çox insanı cəlb etmək və onun aradan qalxmasına dəstək verməkdir.
Növbəti tədbirlər – məlumatlandırma sessiyası və gənclərlə görüş Gədəbəy və Goranboy rayonlarında həyat keçirilmişdir. Tədbirlərdə RİH-nin rəsmiləri, Gənclər və İdman İdarəsinin rəisləri və nümayəndələri, VVAQ şöbələrinin nümayəndələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon Təhsil İdarəsinin nümayəndələri, həkimlər, mama-ginekoloqlar, müxtəlif sahələrdə çalışan və təhsil alan gənclər iştirak etmişlər. Tədbirlərdə layihənin məqsədinə uyğun olaraq genderəsaslı zorakılıq haqqında məlumat verilmiş, gənclərə Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının Qanunundan danışılmış, Gəncə Yardım Mərkəzinnin fəaliyyəti və əsas məqsəd bəyan edilmişdir. Tədbir iştirakçıları yaşadıqları rayonlarda da genderəsaslı zorakılıq hallarının baş verdiyini, nikahsız ailələrin mövcud olduğunu təəsüf hissi ilə qeyd etmişlər. Bu hallarının qarşısının alınmasında mövcud qanunvericiliyin təşviq edilməsinin, xüsusil də kişilərin məlumatlandırılmasının vacib olmasını bildirən iştirakçılar belə görüşlərin kəndlrdə də təşkil edilməsinin vacibliyini bildirmişlər. Layihə heyəti genderəsaslı zorakılıq hallarının baş verdiyi ailələrin nəzarətə götürülməsini, onların Gəncə Yardım Mərkəzinə yönləndirilməsini xahiş etmişlər. Hər iki rayonda tədbirlər münbit və qarşılıqlı müzakirə şəraitində yekunlaşmışdır.
Məlumat üçün bildiririk ki, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Yardım Mərkəzi kimi akkreditasiyadan keçmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info