Azərbaycana qarşı kampaniya aparan internet resurslar
Tarix: 13.07.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Cəmiyyətimiz dövlətçiliyimiz əleyhinə olan internet resurslarını tanımalıdır

Son zamanlar Azərbaycanın sürətli, demokratik inkişafından narahat olan bəzi xarici qüvvələr daha da aktivləşməyə başlayıblar. Onlar öz təsirləri altında olan Azərbaycan müxalifətini, xaricdə yaşayan bəzi siyasi mühacirləri, eləcə də bir qrup radikal dindarları tez-tez meydana ataraq, ölkədə gərginlik, xaos yaratmağa , sosial şəbəkələr vasitəsilə ictimai fikrə mənfi yöndə təsir etməyə çalışırlar. Bu səbəbdəndir ki, artıq uzun illər çayxanalarda “mübarizə aparan” müxalif qüvvələr mübarizələrini sosial şəbəkələrə keçiriblər. Hətta bu kimi fəaliyyətlərinə görə, bu düşərgəyə maliyyə yardımları da ayrılır. Bunu özlərinin dava-qovğaları zamanı bir-birlərinə qarşı səsləndirdikləri fikirlərdən də görmək olar. Həqiqətən də, bu sahədə, sözügedən məsələlərlə bağlı ciddi araşdırmaya ehtiyac yaranıb. Yəni Azərbaycan cəmiyyəti də bilməlidir ki, müxalifyönlü saytlar, sosial şəbəkələrdəki səhifələr, internet TV-lər və orada aparılan debatların arxasında hansısa qüvvələr durur.
Dəfələrlə yazmışıq ki, hər şeyə qara deyən bu adamlar xarici ölkələrdən idarə olunurlar. Onların bir məqsədi var - bu da Azərbaycanda vətəndaş qarşıdurması yaratmaqdır. Bu səbəbdən də xaricdə formalaşan bir qrup söyüşcül dəstənin, ənənəvi müxalifətin radikal qolunun yaratdığı və ya dəstək verdiyi saytların, səhifələrin təbliğatının bir vəzifəsi də milli, etnik, dini ayrı-seçkilik istiqamətində iş aparmaqdır.
Ümumiyyətlə, bu resursların haradan idarə olunması, əsas məqsədlərinin nədən ibarət olması özü ayrıca bir araşdırma mövzusudur.
Mingəçevirdə qəza baş verərkən və Gəncə hadisələri zamanı bu resursların fəaliyyətinə nəzər saldıqda görürük ki, sanki həmin qüvvələr startda durublarmış, yazdıqları, göstərdikləri neqativ, təxribat xarakterli xəbərlər, qıcıq yaradan, kriminal hadisələrə haqq qazandıran yazılardan ibarət oldu.
Yəni normal halda hər bir azərbaycanlı Gəncədəki iğtişaş və terror hadisələrinə mənfi münasibət bildirməli idi və cəmiyyətimiz də bu təxribatları kəskin şəkildə pislədi. Amma özlərinə azərbaycanlı deyən bu qüvvələr olayları nəinki pisləmədilər, əksinə, dövlətimizin, dövlətçiliyimizin əleyhinə getdilər...
Məlum proseslərin kluminasiyası zamanı “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” və s. kimi saytlar daha çox bu istiqamətdə aktivlik göstərdilər. Dünyagörüşü olmayan bir gənc və ya ictimai-siyasi proseslərdən xəbərsiz bir şəxs bu kimi saytları izləyərək xəbərləri oradan alanda, doğrudan da, fikir çaşqınlığına məruz qalırdı. Sanki ölkədə böyük faciələr baş verir, xaos yaranıb, dövlətimiz zəifdir, kriminal hadisələrin əlində aciz qalıb və s. Əslində isə hər şey tam əksinə idi. Bu mənada sözügedən resursları araşdırıb cəmiyyətə təqdim etmək lazımdır ki, insanlar oxuduqları saytların kimlərə məxsus olduğunu və hansı maraqlara xidmət etdiyini bilsinlər. Azərbaycana qarşı kampaniya aparan bu saytlar və sosial şəbəkələrdəki aktiv səhifələr, az da olsa, ictimai fikrə təsir edə bilir. Bu isə təhlükəli məqamdır.
Mümkündür ki, bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları da olsun. Əslində, məsələnin müsbət tərəfi odur ki, onların apardığı antiazərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsiri yoxdur. Sadəcə olaraq, kütləyə təsir etməyə çalışan bu insanlar əllərindəki imkanlardan-sosial media və azad internetdən maksimum yararlanmağa çalışırlar. Buna cavab olaraq Azərbaycan mediası, sosial şəbəkələrdən aktiv şəkildə istifadə edənlər bu resursların və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün gözüaçıq olmalıdırlar
Xarici antiazərbaycan qüvvələr, şübhəsiz ki, dövlətçilik şüurundan uzaq, maddiyyat üçün əqidəsini milli dəyərlərini, mənəviyyatını qurban verməyə hazır olan qüvvələri yaxşı tanıyır və zaman-zaman onların üzərindən öz oyunlarını sistemli şəkildə qurublar. Bu gün də bu oyunlar sosial layihələrlə həyata keçirilir. Amma Azərbaycan cəmiyyəti hələ Nardaran hadisələri zamanı sübut etdi ki, öz dövlətinin arxasındadır, heç bir xarici qüvvə burada at oynada, xaos və anarxiya yarada bilməz.
Bu gün də sosial şəbəkələrdəki səhifələr, açılan saytlar və digər layihələrlə ictimai fikrə təsir etməyə çalışan, çaşqınlıq yaratmaq, ölkəni xaosa sürükləmək istəyənlər öz məqsədlərinə çatmayacaqlar.
Bu məsələdə Azərbaycan mediasının da qarşısında xüsusi vəzifə durur. Mediamız dövlətimiz əleyhinə çalışan internet resurslarını daimi izləməli, onları ifşa etməli, bu sahədə cəmiyyətin maarifləndirilməsi ilə məşğul olmalıdır. Dövlət isə milli təhlükəsizliyə, sabitliyə, ictimai asayişə, tolerantlığa, mənəvi dəyərlərə zərbə vuran belə resurslara qarşı qanunların imkan verdiyi dərəcədə ciddi ölçü götürməlidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info