Yüksək Texnologiyalar Parkının məhsullarına tələbat var
Tarix: 13.07.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri ilə görüşüb. AMEA-dan bildirilib ki, akademiyanın işlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevin də iştirak etdiyi görüşdə YT Parkın rezidenti “DN-Technology” MMC-nin rəhbəri Ceyhun Nabadov qonaqlara şirkət barədə məlumat verib. Bildirib ki, əsas fəaliyyət istiqaməti 3D modelləmə, simulyator və robot texnologiyaları olan şirkət texnoloji yönümlü məhsulların istehsalı və satışını həyata keçirir. Müəssisə, həmçinin lisenziya əsasında məhsulların digər təşkilatların istifadəsinə verilməsi ilə məşğuldur. C.Nabadov təməli 2012-ci ildə qoyulan “DN-Technology” MMC-nin hazırda böyük layihələrin icrasını həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, YT Parkın rezidenti olan şirkət məhsulların konsepti və prototipinin hazırlanması üzərində iş aparır. Daha sonra qonaqlar YT Parkın mülki təyinatlı radio ekoloji monitorinq sisteminə və pilotsuz uçan aparatların istehsal sahələrinə baş çəkərək, texnoparkın ərazisində fəaliyyət göstərən rezidentlərə yaradılan şərait barədə məlumat alıblar. Sonda akademik İ.Quliyev rezidentlərə öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info