Xəzər donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub
Tarix: 13.07.2018 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub. QSC-nin mətbuat katibliyindən bildirilib ki, “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir. Hazırda işlər uğurla davam etdirilir. İrimiqyaslı layihələrdə gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır. Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var ki, bu da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərdiyi xidmətlərin çox şaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info