Zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib
Tarix: 13.07.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun qisimləri və əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri və psixoloqların təlim-metodiki toplantısı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyindən söz açaraq bu münasibətlə keçirilən silsilə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində rolunu vurğulayıb. Müdafiə nazirinin bu sahədə tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmçinin şəxsi heyətlə iş üzrə zabitlər və psixoloqlarla plana uyğun tədbirlərin keçirilməsinin vacibliyindən danışıb və bu sahədə xidmət edən mütəxəssislərin təcrübələrinin artırılmasının əhəmiyyətini xüsusilə qeyd edib.
Müdafiə nazirinin müavini bildirib ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatların nəticəsidir.
Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxışında hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən əsas amillərdən olduğunu vurğulayıb və bir çox xidməti məsələlərə toxunub.
Təlim-metodiki toplantıda şəxsi heyətlə iş üzrə zabit və psixoloqlar ötən yarım il ərzində görülən işlər və 2018-ci ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər haqqında məruzə ediblər.
Toplantıda Təhsil, Gənclər və İdman nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Respublika Hərbi Prokurorluğu, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi nümayəndələrinin çıxışları da dinlənilib.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında hərbi vətənpərvərlik mahnılarının rolundan danışan Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bu mövzuda yazılan marşların, şeirlərin, mahnıların şəxsi heyəti döyüşə ruhlandırdığını vurğulayıb.
Toplantının sonunda hesabat dövründə döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi işində nümunəvi xidmətləri ilə fərqlənən zabitlər mükafatlandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info