“Böyük səkkizlər” Suriya ilə bağlı razılığa gələ bilməyib
Tarix: 18.06.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


BMT baş katibi Suriya üzərində uçuşa qadağan zonasının yaradılmasının əleyhinədir

“Böyük səkkizlər”ə (G8) daxil olan ölkə liderləri Suriyada qurulması düşünülən keçid hökuməti ilə bağlı razılığa gələ bilməyiblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyə məlumat verən mənbə bildirib ki, Rusiya ilə digər 7 dövlətin mövqeyi fərqlənir. Bundan öncə Suriya məsələsi Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında müzakirə edilib.
Tərəflər Suriyaya dair sülh danışıqlarını fəallaşdırmaq və tərəfləri Cenevrədə keçiriləcək beynəlxalq konfransda masa arxasına əyləşməyə sövq etmək barədə razılığa gəliblər. «Bəzi məsələlərdə bizim mövqelərimiz hələ də üst-üstə düşmür, lakin bizi zorakılığa, Suriyada qurbanların artmasına son qoymaq, problemi dinc yolla, o cümlədən Cenevrə danışıqları vasitəsilə həll etmək səyləri birləşdirir. Biz sülh danışıqları prosesini fəallaşdırmaq və Cenevrədə danışıqlar təşkil etmək barədə razılığa gəlmişik» - deyə Putin bildirib. BMT baş katibi Pan Gi Mun isə hesab edir ki, Suriya üzərində uçuşa qadağan zonasının yaradılması yalnız münaqişənin böyüməsinə səbəb olacaq. Bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Eduardo Del Buey məlumat verib. “Suriyada münaqişə başlayandan baş katib aydın mövqe tutub. O mövqeyə əsasən vəziyyətin istənilən hərbiləşdirilməsi fayda gətirməyəcək və ziyanlı olacaq. Uçuşa qadağan zonasının yaradılması hərbiləşdirmək deməkdir, çünki kimsə lazım olan məqamda güc tətbiq eləməli, hücum etməli olacaq”- deyə Del Buey bildirib. Eyni zamanda BMT nümayəndəsi müvafiq qərarın Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməli olduğunu vurğulayıb: “BMT baş katibi Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi istənilən qərara tabe olacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info