Dövlət bayraqlarında nə üçün bənövşəyi rəng yoxdur?
Tarix: 13.07.2018 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Dünyada mövcud olan 195 ölkənin heç birinin dövlət bayrağında bənövşəyi rəng yoxdur. Bunun səbəbi isə vaxtilə bənövşəyi rəngli boyanın böyük zəhmət hesabına əldə edilməsi və baha başa gəlməsi olub. Bu rəngdən hazırlanan boyalardan yalnız kral ailələrinin geyimlərində istifadə olunub.
AZƏRTAC xəbər verir ki, ilk dəfə bu rəngdən Suriya və Livanın dəniz sahillərində yaşamış finikiyalılar istifadə ediblər. Təkcə bu bölgədə olan dəniz ilbizindən alınan bənövşəyi rəngli boyalar hər zaman öz bahalılığı ilə seçilib. Livan ərazisində yerləşən Sur antik şəhərindəki ustalar bu boyanın bir qramını əldə etmək üçün on minlərlə ilbizdən istifadə ediblər. Gözoxşayan və bahalı rəng isə tarixboyu krallıq və imperiyaların rəmzinə çevrilib. Vaxtilə “Finikiya rəngi” kimi tanınan bənövşəyi rəngdən alınan boya parçanın üzərində uzun müddət parlaqlığını qoruması və günəş işığında cazibədarlığı ilə zəngin insanlar arasında populyar olub. Bu rəng Roma, Bizans və Fars imperatorluqları ilə yanaşı, İngiltərə kral ailəsinin də rəmzinə çevrilib. Kraliça I Elizabet isə özü və ailə üzvləri istisna olmaqla heç kimə bənövşəyi rəngdə paltar geyinməyə icazə verməyib. Onun hakimiyyəti dövründə (1533-1603) bu rəngdə boyanın yarım kiloqramı 1,5 kiloqram qızıla bərabər olub.
Çox bahalı olan bənövşəyi rəngli boyadan hər kəsin istifadə etməsi isə XIX əsrdə ingilis kimyaçısı Uilyam Henri Perkinin kəşfi sayəsində mümkün olub. Alimin Londonda laboratoriyada sarılıq xəstəliyinə qarşı dərman tapılması üzrə tədqiqatı zamanı səhvən sintetik bənövşəyi piqment üzə çıxıb. Bənövşəyi rəngli boyanın bahalı olduğunu bilən Perkin qısa müddətdə fabrik yaradıb və kütləvi istehsala başlayıb. Bu kəşfdən sonra bənövşəyi rəng də ucuz və adi boyalardan birinə çevrilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info