İlahiyyatçı alimlər Gəncədə baş verən terror hadisələrinə dair bəyanat yayıblar
Tarix: 13.07.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi biz ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır, şəhid polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapmışdır. İslam dininin əsas mənbəsi olan Müqəddəs Qurani-Kərimdə günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir. Peyğəmbərimiz (s), onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildirmişlər. Bu baxımdan radikalların öz əmələrini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox şərq ölkəsini necə məhv etiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər.
Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Gəncədəki “İmamzadə” kompleksinin milyonlarla vəsait ayrılaraq dövlət hesabına əsaslı təmir edilməsi bunun ən bariz nümunələrindən biridir.
Biz ilahiyyatçı alimlər olaraq bütövlükdə Azərbaycan ictimaiyyətini və xüsusən də inanclı insanları ölkədəki stabilliyi pozmağa, dövlət-din münasibətlərinə xələl gətirməyə çalışan destruktiv qüvvələrə qarşı mübarizədə dövlətçiliyimizin yanında olmağa, onlara qarşı öz kəskin mövqelərini bildirməyə çağırırıq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info