Zurab Pololikaşvili: “Azərbaycanda turizm yüksək templə inkişaf edir”
Tarix: 13.07.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Dünya Turizm Təşkilatının (DTT) Madrid şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmovla qurumun baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin nəticəsi kimi müvafiq sahədə sürətli inkişafa nail olunduğu, Bakıda və regionlarda yüksək səviyyədə turizm infrastrukturunun yaradıldığı qeyd edilib, respublika ilə DTT arasında əməkdaşlığın əsas istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
DTT-nin baş katibi Z.Pololikaşvili Azərbaycanda turizmin yüksək templə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi Azərbaycana turist axınının artdığını bildirib. Cari il aprelin 4-də Bakıda Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan baş katib müzakirə edilən məsələlərin turizmin inkişafına töhfə verəcəyini qeyd edib.
Z.Pololikaşvili 2019-cu ildə Bakının Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcəyinin, respublikanın bu il iyunun 7-də İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycanın regionda turizm mərkəzinə çevrildiyinin təcəssümü olduğunu və əldə edilmiş nailiyyətlərin təkcə respublikada deyil, həm də dünyada turizmin inkişafına töhfə verdiyini qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info